Ordudan tərxis olunmuş gənclərin əvvəlki iş yerlərinə bərpa olunmasına nəzarət gücləndiriləcək

Ordudan tərxis olunmuş gənclərin əvvəlki iş yerlərinə bərpa olunmasına nəzarət gücləndiriləcək
Bütün Xəbərlər
12:21 03.08.2014
1368
Azərbaycanda ordudan tərxis olunmuş gənclərin əvvəlki iş yerlərinə və vəzifələrinə bərpa olunmasına nəzarət gücləndiriləcək.
Bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2014-2015-ci illər üçün imzalanan Baş Kollektiv Sazişdə öhdəliklər sırasında yer alıb.Tərəflər ordudan tərxis olunmuş peşələrinə uyğun müvafiq işlə təmin olunmasına nail olmağa çalışacaq. Eyni zamanda tərəflər məşğulluq sahəsində razılaşdırılmış siyasəti həyata keçirmək məqsədi ilə sosial tərəfdaşların və müvafiq qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət respublika əlaqələndirmə komitəsinin yaradılmasını təmin edəcəklər. Baş Kollektiv Sazişə əsasən minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq, işçilərə istifadə olunmamış əmək məzuniyyəti üçün kompensasiya ödənilməsinə nəzarəti gücləndiriləcək. Gənclərə, qadınlara, xüsusilə də20-30 yaşlı qadınlara yeni peşələrin öyrədilməsinə və ixtisaslarının artırılmasına dair işlər də gücləndiriləcək. Sazişdə valideyn himayəsindən məhrum olub, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi müəssisələrində və digər analoji müəssisələrdə qalan uşaqların həmin müəssisələrdən qayıtdıqdan sonra işə düzəldilməsinin qayğısına qalmaq da əksini tapıb.//APA
OXŞAR XƏBƏRLƏR