Goranboyda bıçaqlanan Milli Ordunun əsgəri dünyasını dəyişib. Hadisə ərazidəki "N" saylı hərbi hissədə baş verib. Bıçaqlanan əsgər Abşeron rayonundan hərbi xidmətə çağırılan Alıyev Orxan Rövşən oğludur. O, saat 9:30 radələrində Goranboy Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Xəstəxanadan verilən məlumata görə, mərhumun döş qəfəsində və bel nahiyəsində çox sayda bıçaq zərbələri olub. Bir saatdan çox xəstəxanada qalan əsgərin həyatını xilas etmək mümkün olmayıb. Onun əsgər yoldaşı tərəfindən bıçaqlanması ehtimal olunur.