“Ordumuz düşmən müdafiəsinin dərinliyindəki seçilmiş hərbi obyektlərə zərbə endirmək iqtidarındadır”

“Ordumuz düşmən müdafiəsinin dərinliyindəki seçilmiş hərbi obyektlərə zərbə endirmək iqtidarındadır”
SİYASƏT
22:09 01.08.2020
2638
"Azərbaycan Ordusunun minaatan, raket və artilleriya zərbələri nəticəsində guya Ermənistanın mülki infrastrukturuna $300.000 dəyərində ziyan vurulması ilə bağlı yayılan məlumat sərhədyanı yaşayış məntəqələrində yerləşən köhnəlmiş və texnogen qəzalar nəticəsində sıradan çıxmış fərdi yaşayış binalarının, uşaq bağçalarının, su və qaz borularının, zavodların, müəssisələrin, bir sözlə illərlə baxımsızlıq səbəbindən onsuz da qəzalı vəziyyətdə olan, yaxud xarabalığa çevrilən obyektləri təmir etməyə gücü və imkanı çatmayan Ermənistan hökumətinin bütün günahı Azərbaycan tərəfinin üzərinə yıxmaq cəhdindən başqa bir şey deyil".

AZXEBER.COM bildirir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, müəyyən bir ziddiyyət yaranır: "Dövlət sərhədinin Tovuz istiqamətində iyul döyüşləri zamanı Ermənistan müdafiə nazirliyi dəfələrlə bəyan etdi ki, hərbi əməliyyatlar zamanı erməni tərəfi "layiqincə” müdafiə olunub, əhəmiyyətli dərəcədə itki verməyib, Ermənistanın yaşayış məntəqələrinə və infrastrukturuna vurula biləcək mümkün dağıntıların qarşısını alıb. Lakin heç iki həftə belə keçməmiş Ermənistan İstintaq Komitəsinin sədri Qayk Qriqoryan Tavuş vilayətinə vurulan "miqyaslı ziyan” barədə həyəcan təbili çalmağa başladı. Göründüyü kimi, Ermənistanın bir rəsmi dövlət nümayəndəsinin açıqlaması digər dövlət rəsmisinin açıqlamasına tamamilə ziddir. Bu da onu göstərir ki, Ermənistan tərəfinin yaydığı hətta rəsmi məlumatlar belə sırf yalan və böhtan üzərində qurulur".

Müdafiə Nazirliyi bir daha bəyan edir ki, düşməndən fərqli olaraq Azərbaycan Ordusunun bölmələri mülki vətəndaşları, yaşayış məntəqələrini, yaşayış binalarını və mülki obyektləri heç vaxt hədəfə almır və heç vaxt atəşə tutmur: "Azərbaycanın hərbi qulluqçuları heç vaxt mülki əhali ilə savaşmır. Ermənistan tərəfinin bütün iddiaları və ittihamları tam əsassızdır. Bütün bunlar Ermənistanın beynəlxalq ictimaiyyətin və beynəlxalq təşkilatların diqqətini özünə cəlb etmək məqsədilə etdiyi uğursuz cəhddir.

O ki, qaldı Ermənistan-Azərbaycan dövlət sərhədində baş vermiş döyüşlər zamanı Azərbaycan tərəfinin guya TOS-1 ağır odsaçan və "Qrad” yaylım atəşli reaktiv sistemlərindən istifadə olunması ilə bağlı Ermənistanın İstintaq Komitəsinin əsassız iddialarına, birmənalı şəkildə qeyd etməliyik ki, bu döyüşlərdə Azərbaycan Ordusu qeyd olunan silah növlərindən istifadə etməyib. Bu silahlardan və digər daha müasir silah növlərindən Azərbaycan Ordusu yalnız düşmən müdafiəsinin dərinliyindəki seçilmiş hərbi təyinatlı obyektlərin, hərbi infrastrukturun, həmçinin böyük ərazilərdə olan canlı hərbi qüvvəsinin dəqiq atəşlə məhv edilməsi üçün istifadə etməyi nəzərdə tutub. Lakin bilindiyi kimi bu cür obyektlər tərəfimizdən hələlik hədəfə alınmayıb və məhv edilməyib. Əgər erməni tərəfinin iddia etdiyi kimi, Azərbaycan Ordusu adı çəkilən silahlardan istifadə etsəydi, o zaman dağıntıların və dəyən ziyanın miqyası dəfələrlə artıq olardı. Əksinə, bu döyüşlər zamanı düşmən tərəfindən bölmələrimizin mövqeləri ilə yanaşı, yaşayış məntəqələrimiz və mülki obyektlərin də intensiv artilleriya atəşinə tutulması nəticəsində iyulun 14-də Tovuz rayonunun Ağdam kəndinin dinc sakini 76 yaşlı Əziz Əzizov həlak olub. Bununla yanaşı, mülki əhaliyə, dövlət əmlakı, fərdi mülklərə, eləcə də infrastruktur obyektlərinə ziyan dəyib. Hazırda dəymiş zərərin həcmi və dəyəri qiymətləndirilir.

Azərbaycan Ordusunun bölmələri yalnız düşmənin tətbiq etdiyi silah və döyüş vasitələrinin gücü və dağıdıcı imkanlarına uyğun müvafiq adekvat cavab tədbirləri görüb. Əgər Ermənistan tərəfində TOS-1 ağır odsaçan və "Qrad” yaylım atəşli reaktiv sistemlərinin tərəfimizdən tətbiq edilməsi barədə hər hansı bir sübut varsa, onu təqdim etsin.

Bu xəbəri qəti surətdə rədd edir, yayılan məlumatın növbəti yalan olduğunu bildiririk. Ermənistan bu cür dezinformasiya xarakterli məlumatlar yaymaqla hər zaman olduğu kimi bu dəfə də beynəlxalq ictimaiyyəti aldatmağa çalışır".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İrlandiya millisinin sabiq məşqçisi cinsi zorakılığa görə 15 il yarım həbs edilib
00:32 13.10.2026
İrlandiya millisinin sabiq məşqçisi cinsi zorakılığa görə 15 il yarım həbs edilib
Sabiq kansler prezident oldu
00:24 13.10.2026
Sabiq kansler prezident oldu
Yaxın günlərdə bu bürclərin sevgi münasibətlərində problemlər yarana bilər
00:16 13.10.2026
Yaxın günlərdə bu bürclərin sevgi münasibətlərində problemlər yarana bilər
“Real Madrid”in ulduzu bu komandaya gedir
00:09 13.10.2026
“Real Madrid”in ulduzu bu komandaya gedir
Bakıda ət niyə baha satılır? - VİDEO
00:03 13.10.2026
Bakıda ət niyə baha satılır? - VİDEO
Ronaldonun “Neftçi” ilə matçı raket hücumuna görə təxirə salındı
23:56 12.10.2026
Ronaldonun “Neftçi” ilə matçı raket hücumuna görə təxirə salındı
Kiyevdə 25 mərtəbəli yaşayış binasına dron zərbəsi endirilib, ölən və yaralananlar var
23:52 12.10.2026
Kiyevdə 25 mərtəbəli yaşayış binasına dron zərbəsi endirilib, ölən və yaralananlar var
"Azərbaycan cəmiyyəti həmişə olduğu kimi xarici təxribatlara uymamalıdır" - VİDEO
23:41 12.10.2026
"Azərbaycan cəmiyyəti həmişə olduğu kimi xarici təxribatlara uymamalıdır" - VİDEO
"Liverpul"un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib
23:36 12.10.2026
"Liverpul"un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib
İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib
23:29 12.10.2026
İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib
Səbuhi Abbasov ATƏT-də Ermənistana çağırış etdi: “Əsl demokratiya siyasi bəyanatlarla deyil, ədalətlə ölçülür” - VİDEO
23:25 12.10.2026
Səbuhi Abbasov ATƏT-də Ermənistana çağırış etdi: “Əsl demokratiya siyasi bəyanatlarla deyil, ədalətlə ölçülür” - VİDEO
Paytaxtın bu ərazilərində işıq olmayacaq
23:16 12.10.2026
Paytaxtın bu ərazilərində işıq olmayacaq
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb
23:07 12.10.2026
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb
Bəxtsizlik seriyası sona çatacaq: yaxın günlərdə şanslı olacaq BÜRCLƏR
22:59 12.10.2026
Bəxtsizlik seriyası sona çatacaq: yaxın günlərdə şanslı olacaq BÜRCLƏR
Qazaxıstan Səudiyyə Ərəbistanındakı vətəndaşlarına xəbərdarlıq edib
22:50 12.10.2026
Qazaxıstan Səudiyyə Ərəbistanındakı vətəndaşlarına xəbərdarlıq edib
Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya keçirilib
22:43 12.10.2026
Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya keçirilib