Ordumuzun bir neçə hərbiçisi həbs edildi

Ordumuzun bir neçə hərbiçisi həbs edildi
Bütün Xəbərlər
16:00 31.03.2012
1700

Müdafiə Nazirliyinin Bakıdakı hərbi hissələrindən birində aparılmış yoxlamaların nəticəsində sürtkü-yanacaq məhsullarının böyük həcmdə yeyintisi aşkarlanıb.

Məsələyə münasibət bildirən Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev isə APA-ya deyib ki, Müdafiə Nazirliyi özü həmin faktı aşkar edərək istintaqa təqdim edib. Saxlanılan 4 nəfər aşağı rütbəli hərbi qulluqçulardır.

Bir sıra informasiya agentlikləri isə, həbs edilənlərdən birinin mayor rütbəli tabor komandiri, 2 gizir və aşağı rütbəli zabitlər olduğu qeyd edilib.

OXŞAR XƏBƏRLƏR