Ordumuzun kiçik çavuşu özünü güllələdi

Ordumuzun kiçik çavuşu özünü güllələdi
Bütün Xəbərlər
17:10 13.02.2012
1994
Azərbaycan Ordusu daha bir əsgərini itirib.
Hadisə bu gün Müdafiə Nazirliyinin Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə qeydə alınıb. Milli Ordunun kiçik çavuşu, 1992-ci il təvəllüdlü Kamran Coşqun oğlu Hacıyev tabeliyindəki silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. Hadisənin əsgərin silahla ehtiyatsız davranması nəticəsində baş verdiyi bildirilir.Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur AbdullayevAPA-ya açıqlamasında faktı təsdiqləyib. Faktla bağlı araşdırma aparılır.Qeyd edək ki, K. Hacıyev Gəncə Şəhər Hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.
OXŞAR XƏBƏRLƏR