Ordumuzun şəhid əsgəri dəfn olundu

Ordumuzun şəhid əsgəri dəfn olundu
Bütün Xəbərlər
13:15 28.05.2013
1751

Ermənistan hərbi birləşmələrinin atəşkəsi pozması nəticəsində cəbhənin Tərtər istiqamətində şəhid olan Milli Ordunun əsgəri, 19 yaşlı Namiq Həmidov bu gün səhər dəfn olunub. ANS TV-in məlumatına görə, əsgər doğulduğu Masallı rayonunun Lürən kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, dünən ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri şəhid olub. Hadisə cəbhənin Tərtər istiqamətində qeydə alınıb. Milli Ordunun əsgəri, 19 yaşlı Namiq Həmidov düşmən gülləsinə tuş gəlib. O, hospitala aparılırkən yolda dünyasını dəyişib.

Allah rəhmət eləsin!

OXŞAR XƏBƏRLƏR