Azərbaycan Ordusunun yüksək rütbəli zabiti həbs olunub. Bu barədə APA-ya Gəncə Hərbi Məhkəməsindən məlumat verilib. Məlumata görə, Müdafiə Nazirliyinin Gəncədə yerləşən “N” saylı hərbi hissəsinin mayoru Emin Heydərov korrupsiyada ittiham olunur. Onun barəsində Respublika Hərbi Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma – təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.