Orta məktəblərdə 3G şəbəkəsindən istifadə olunacaq
Bütün Xəbərlər
10:59 28.11.2012
860
Orta təhsil müəssisələrinin Azərbaycan təhsil şəbəkəsinə (AzEduNet) qoşulması üçün 3G şəbəkəsindən istifadə olunacaq. Bu barədə jurnalistlərə Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin direktoru Samir Məmmədov deyib."Bu məqsədlə mobil operatorlarla danışıqlar aparılır. Xidmət tədarükçüsünün seçilməsi meyarları operatorların təklif etdiyi keyfiyyət və şəbəkəyə çıxış qiymətindən asılı olacaq", - deyə S.Məmmədov bildirib."3G" xüsusən ucqar ərazilərdə şəbəkəyə çıxışı asanlaşdıracaq. Belə ərazilərə kabel çəkilişi üzrə xərclər olduqca yüksəkdir.