Orta məktəblərə avtomat paylanacaq

Orta məktəblərə avtomat paylanacaq
Bütün Xəbərlər
13:12 17.12.2012
2114

Nazirlər Kabineti 1998-ci il 29 may tarixli 119 nömrəli qərarı ilə təsdiq edilmiş “Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsi”ndə dəyişikliklər edib.

İndiyə qədər gənclərin ibtidai hərbi hazırlığıAzərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan RespublikasıPrezidentinin Fərmanlarına, “Təhsil haqqında”, “Hərbi xidmətəçağırışınəsaslarıhaqqında” qanuna, Nazirlər Kabinetinin qərarlarına, buƏsasnaməyəvədigər normativ hüquq aktlarınaəsasən həyata keçirilib.

Dəyişikliyə əsasən “Hərbi xidmətəçağırışınəsaslarıhaqqında” qanun bu siyahıdan çıxarılıb və bu, “Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunla əvəzlənib. Müdafiə Nazirliyi isə gənclərin ibtidai hərbi hazırlığına rəhbərlik səlahiyyətini itirib. Bu səlahiyyəti Təhsil Nazirliyi ilə birlikdə bundan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yerinə yetirəcək. Təhsil Nazirliyi vəSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ibtidai hərbi hazırlıq fənninin tədrisi vəhərbi vətənpərvərlik tərbiyəsi işlərinin təşkiliüzrəhərbi rəhbərlərin qabaqcıl təcrübəsiniöyrənəcək vətədris müəssisələri arasında yayacaq. SəhiyyəNazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vəTəhsil Nazirliyi iləbirlikdəşagird vətələbələrin tibbi-sanitar təliminin, təcrübədərslərinin poliklinikalarda, xəstəxanalarda keçirilməsini vəbununlaəlaqədar tövsiyələr, proqramlar hazırlanmasınıtəmin edir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yeni təyin olunmuşvəya bir ildən az işləyən hərbi rəhbərlərin tədris iliərzindəbir aylıq istiqamətverici toplanışının hərbi hissələrin birindəkeçirilməsini təşkil edəcək, təhsil müəssisələrindəişləyən hərbi rəhbərlərə, metodistlərə, inspektorlara vəmütəxəssislərəhərbi rütbələrin verilməsini təmin edəcək.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Təhsil Nazirliyi, “Azərkinovideo”İstehsalat Birliyi iləbirlikdətəhsil müəssisələriüçünibtidai hərbi hazırlığa aid tədris filmlərininçəkilməsini vəyayılmasınıtəmin edirlər. Təhsil Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Gənclər vəİdman Nazirliyi iləbirlikdəcəmiyyətin tədris bazalarından səmərəli istifadəedilməklə, ictimaiəsaslarla təhsil müəssisələrindətexniki vəhərbi-tətbiqi idman növləriüzrə, xüsusiləaviamodelizm, radio, hərbi-tətbiqiçoxnövçülük vəatıcılıq idman növləriüzrədərnək vəməşğələlər təşkil edəcəklər. Respublikanın rayon vəşəhərlərindəibtidai hərbi hazırlığa rəhbərlik rayon (şəhər) təhsilşöbələrinəvəSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə həvaləolunacaq. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələritəhsilşöbələri iləbirlikdətədris iliərzindəplanəsasında təhsil müəssisələrindəibtidai hərbi hazırlığın vəziyyətini yoxlayır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri təhsilşöbələri iləbirlikdəibtidai hərbi hazırlıq fənninin tədrisinin yekun mərhələsindəşagirdlərlə3 günlükçöl-təlim məşğələlərinin hərbi hissələrdəkeçirilməsini təşkil edir, atəştəlimini yerinəyetirməküçün avtomat silahlarıvəboş(gülləsiz) patronlarla onlarıtəchiz edir.İHHüzrəmetodistlə, təhsil müəssisələrini isəhərbi rəhbərlərlətəmin edəcək. Təhsil müəssisəsinin direktoru dərs ilinin sonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinəibtidai hərbi hazırlıq yekunu haqqında yazılıhesabat verəcək. Hərbi rəhbər hərbi hissələri, xüsusi təyinatlı ali təhsil müəssisələri, rayon (şəhər) gənclər vəidman idarələri, mülki müdafiəqərargahları, KHVTİCşuralarıvəbaşqa ictimai təşkilatlar iləsıxəlaqəsaxlayır, onların köməyindən istifadəedəcək.

Şagird vətələbələrin avtomatdan döyüşpatronlarıiləatəşaçmalarınıSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri hərbi hissələrin komandirləri vəxüsusi təyinatlı ali təhsil müəssisələrinin rəisləri iləyerini vəvaxtınırazılaşdıraraq təşkil edəcəklər. Hərbi rəhbərlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələritərəfindən seçilərək təqdim edilir vətəhsil müəssisələri direktorlarıtərəfindən vəzifəyətəyin və azad edilirlər. Hərbi rəhbər vəzifəsindəali vəyaorta ixtisas hərbi, yaxud ali mülki təhsilli, ehtiyatda (istefada) olan zabitlər işləyəbilər. Tibbi-sanitariya müəllimləri rayon (şəhər) təhsil, səhiyyəşöbələri vəSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən hazırlıqlıtibb işçiləri vəmülki müdafiədə“ Tibbi biliklərinəsasları” kursunu bitirmişmüəllimlərdən təyin olunacaqlar.

Azərbaycan RespublikasıTəhsil Nazirliyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti iləbirlikdətədris prosesinin təşkilini vəİHH fənninin keyfiyyətinin yüksəldilməsi, pedaqoji vəhərbi biliklərin artırılması, gənclərin təlim-tərbiyəsindətələb olunan professionallığın, metodiki ustalığın vəhərbi vətənpərvərlik tərbiyəsi işinin vəziyyətini yaxşılaşdırmaq məqsədiləhərbi rəhbərlərin ixtisasının artırılmasınıtəmin edirlər. İstiqamətverici toplanışSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişproqramüzrəkeçirilir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti istiqamətverici toplanışın səmərəli keçməsiüçün hərbi rəhbərləri silahla, hərbi texnika ilətəmin edir, təcrübəli zabitlər, pedaqogika, psixologiya fənlərini tədris edən müəllimlər dəvət edir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri təhsilşöbələri iləSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Təhsil Nazirliyi iləbirlikdətəsdiq etdiyi proqramüzrəhər tədris ilinin başlanğıcına qədər hərbi rəhbərlərləbeşgünlük tədris-metodiki toplanışkeçirir. Toplanışda dərs ilinəyekun vurulur, yeni dərs ilindəqarşıda duran vəzifələr müzakirəedilir, normativ sənədlər, hərbi rəhbərlərin qabaqcıl iş təcrübələriöyrənilir vəpraktik dərslər keçirilir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri iləbirlikdətəhsilşöbələri hərbi rəhbərlərüçün hər ayın axırıncıhəftəsinin beşinci günüməşğələlər, qıştətili günlərindəisə3 günlük metodiki seminar təşkil edəcəklər. Rayon (şəhər) təhsilşöbəsi, təhsil müəssisələri, yerli səhiyyəşöbəsi vəSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tibbi hazırlıq keçən müəllim vətibb işçiləriüçün dərs ilinin başlanğıcında vəqıştətili günlərindəmetodiki məşğələlər təşkil edir vəkeçirir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ibtidai hərbi hazırlıq fənninin tədrisi vəhərbi vətənpərvərlik tərbiyəsi işinin təşkili vəkeçirilməsiüçün təhsil müəssisələrini tədris avtomatları, kiçikçaplıtüfənglər vəpatronları, tədris texnikası, fərdi mühafizəvasitələri, kimyəvi vəradiasiya kəşfiyyatıcihazlarlatabelüzrətəmin edəcək. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yerli icra hakimiyyətləri hesabına təhsil müəssisələrinin hərbi hazırlıq kabinetlərini lazımi vəsait vəavadanlıqlarla təchiz edəcək. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Təhsil Nazirliyi iləbirlikdətəhsil müəssisələrindəişləyən hərbi rəhbərlərə, mütəxəssislərəvə metodistlərə5 ildən bir dəfədəyərinin 50 faizi həminşəxslər tərəfindənödənilməkləhərbi geyim dəsti verilməsini təmin edir.

Dəyişikliyə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun yaradılmış başqa silahlı birləşmələrdə, milli təhlükəsizlik və daxili işlər orqanları sistemində, keçmiş sovet ordusunda xidmət etmiş hərbi rəhbərlərin (mütəxəssislərin, metodistlərin və müəllimlərin) xidmət illəri pedaqoji stajlarına daxildir.//lent.az

OXŞAR XƏBƏRLƏR