Oğrular məşhur baxıcının evindən 50 min manat aparıblar

Oğrular məşhur baxıcının evindən 50 min manat aparıblar
Bütün Xəbərlər
11:48 05.12.2011
2148

Lənkəranda oğurluq hadisəsi baş verib.Modern.azsaytının məlumatına görə, hadisə rayonun Göyşaban kəndində qeydə alınıb. Belə ki, oğrular kənd sakini 47 yaşlı Niyaz Cəfərovun evinə daxil olaraq nə az, nə çox 50 min manat pul və qızıl zinət əşyaları aparıblar.Dünən baş verən hadisə zamanı ev sahibləri Niyaz Cəfərov və həyat yoldaşı Saçlı Cəfərova evdə olmayılar. Lənkəran Şəhər Polis Şöbəsindən verilən məlumata görə, hadisə yerinə baxış zamanı oğruların mənzilə pəncərəni sındıraraq daxil olduqları müəyyənləşdirilib. Evdə hər şeyin, demək olar ki, altı üstə çevrilib. Hadisə baş verən zaman Niyaz Cəfərovun xəstə bacısı evin birinci mərtəbəsində olub. O, ayaq səsləri eşitsə də, bunun qardaşı Niyaz olduğunu zənn edib. Hadisə barədə ilk xəbər tutan isə Niyaz Cəfərovun oğlu, iki uşaq atası Rüfət Cəfərov olub. Saxladığı göyərçinlərə yem vermək üçün həyətə düşən Rüfət evin pəncərəsinin açıq olduğundan şübhələnərək bu barədə atasını məlumatlandırır. Faktla bağlı araşdırmalara başlanılıb. Verilən məlumata görə, ev sahibəsi Saçlı Cəfərova baxıcılıqla məşğuldur. Onu Lənkəran və ətraf rayonlarda məşhur baxıcı kimi tanıyırlar.

OXŞAR XƏBƏRLƏR