Orxan Əkbərov: 'ASAIF sədrliyinə təkrar namizədliyimi verməyəcəm' - Açıqlama

GƏNCLİK
02:14 10.06.2012
1980
"Bu ilin avqust ayında ASAİF-in möhtəşəm 10-cu Bakı forumu baş tutacaq. Düşünürəm ki, bu forum bir çox məqamlarıyla yadda qalacaq. Ən əsası isə ASAİF-in nizamnaməsinə görə bu il sədrliyimin ikinci ili başa çatdığına görə yenidən sədrlik seçkiləri baş tutacaq. Qeyd edim ki, sədrliyə təkrar namizədliyimi verməyəcəm. Dəyişiklik, kadr mübadiləsi mütləqdir. Təcrübələr mübadiləsi, gənc kadrların dəstəklənməsi zəruridir. Bərabər şans və bərabər imkanlarla seçiləcək yeni ASAİF sədrinə hər zaman dəstək olmaqdan zövq alacağam". AZXEBER.COM-un məlumatına görə, bu sözləri Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu - ASAİF-in sədri Orxan Əkbərov şəxsi "facebook" səhifəsində yazıb.  Statusa şərh yazan milət vəkili Ceyhun Osmanlı da ASAİF sədrinin bu addımını müsbət qiymətləndirib: "Cəmi 2 illik fəaliyyət və ASAİF-i bütün dünya Azərbaycanlı gəncləri tanıyır. ASAİF bir brendə çevrildi, Orxan isə gedir. Yaxşı ki, mütərəqqi nəsil var və vaxtında gəlmək və getmək arasında həssas sərhədləri anlayırlar. Mən "İrəli" sədrliyindən gedəndə bunu müsbət qiymətləndirənlər qədər, birmənalı yanaşmayanlar da tapıldı. İndidən hazır ol"Xatırladaq ki, bir müddət öncə millət vəkili Ceyhun Osmanlı da "İrəli" İctimai Birliyinin sədrliyindən ayrılmışdı. 

OXŞAR XƏBƏRLƏR