Orxan Əkbərov Türkiyə televiziyalarında Qarabağdan danışacaq

Orxan Əkbərov Türkiyə televiziyalarında Qarabağdan danışacaq
Bütün Xəbərlər
17:13 18.10.2012
1423

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının əlaqələndirmə şurasının sədri Orxan Əkbərov Türkiyədə səfərdədir.

AZXEBER.COM xəbər verir ki, səfər boyunca bir neçə gün ərzində Orxan Əkbərov Türkiyənin nufuzlu TvNet, Ulke TV, TV8, TRT, NTV kanallarının canlı yayımda qonağı olacaqdır. 

Görüşlərin əsas məqsədi Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Ermənistan- Azərbaycan Dağlıq Qarabağ və ətraf rayonlarla bağlı münaqişə, münaqişənin həllində Ermənistan tərəfinin tutduğu qeyri konstruktiv mövqe, işğalçılıq siyasətinin nəticəsi olaraq bu gün bölgədə yaranan qeyri sülh şəraitinin Azərbaycanla yanaşı, bütövlükdə region üçün yaratdığı qeyri stabil vəziyyət haqqında məlumatları və eləcədə Dağlıq Qarabağın azərbaycanlı icmasının bu istiqamətdə gələcək fəaliyyətinin məqsəd və məramı haqqında Türkiyə mediası vasitəsi ilə Türkiyə və dünya ictimaiyyətinə çatdırmaqdır.

OXŞAR XƏBƏRLƏR