Orxan Zeynalovun apellyasiya şikayəti təmin edilmədi

Orxan Zeynalovun apellyasiya şikayəti təmin edilmədi
Bütün Xəbərlər
14:40 24.10.2013
717
Moskva şəhər məhkəməsi Orxan Zeynalovun apellyasiya şikayətini təmin etməyib. 
AZXEBER.COM-un “İTAR-TASS”a istinadən verdiyi məlumata görə, Moskva şəhər məhkəməsi bu gün Yeqor Şerbakovun qətlində ittiham edilən Orxan Zeynalovun həbsini təsdiqləyib. Presnenski məhkəməsinin Azərbaycan vətəndaşı ilə bağlı verdiyi qətnaməyə dəyişiklik edilməyib.Rusiya Federasiyasının məcəlləsinin müvafiq maddəsi ilə ittiham olunan Orxan Zeynalovu ömürlük həbs cəzası gözləyir.Xatırladaq ki, Moskvanın Qərbi Biryulevo rayonunda oktyabrın 10-da 25 yaşlı Yeqor Şerbakovun qafqazlı şəxs tərəfindən qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Y.Şerbakovun qətlində şübhəli bilinən Orxan Zeynalov oktyabrın 15-də Moskva ətrafındakı Kolomna şəhərində saxlanılıb və vertolyotla Moskvaya aparılıb. O, ilkin dindirmə zamanı qətli törətdiyini etiraf etsə də, məhkəmədə bu ifadəni təzyiq altında verdiyini deyib və ittihamları rədd edib.
OXŞAR XƏBƏRLƏR