Orxan Zeynalovun vəkili apelyasiya şikayəti verib

Orxan Zeynalovun vəkili apelyasiya şikayəti verib
Bütün Xəbərlər
15:37 21.10.2013
874

Moskvanın Biryulevo rayonunda Yeqor Şerbakovun qətlində təqsirli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalovun vəkili Viktor Anikuşkin onun həbsindən apelyasiya şikayəti verib.

AZXEBER.COM xəbər verir ki, bu barədə “RİA Novosti” vəkilə istinadən məlumat yayıb. “Mən bundan başqa heç bir şərh vermək istəmirəm, şikayət artıq məhkəməyə təqdim olunub”, - vəkil  Anikuşkin deyib. Moskvanın Presnenski məhkəməsi O.Zeynalovu qətldə təqsirli bilərək dekabrın 10-na qədər həbsi barədə qərar qəbul edib. O, məhkəmədə özünü qətldə təqsirli bilmədiyini söyləyib.

 

OXŞAR XƏBƏRLƏR