Osimen "Fənərbaxça"nı aşağıladı: "Bəxtinizi bir daha sınayın"
İDMAN
01:48 11.05.2026
599
"Qalatasaray"ın nigeriyalı ulduzu Viktor Osimen sarı-qırmızılı klubun əzəli rəqibi "Fənərbaxça" haqda aşağılayıcı ifadələr işlədib.
AZXEBER.COM xəbər verir ki, 26 yaşlı qolçu bu barədə komandası çempionluğunu rəsmiləşdirəndən sonra danışıb. İnstaqram hesabında canlı yayım açan Osimen belə deyib: "Qələbə alnımıza yazılıb. Bizə ancaq qalibiyyət yaraşır. İstanbul küçələri "Qalatasaray" azarkeşləri ilə dolub-daşır. Hər yer sarı-qırmızıdır".
Məşhur futbolçu "Fənərbaxça" haqda da danışıb: "Onlara ancaq ikincilik yaraşır. Onlar çempionluğun dadını unudublar. Gələn il də belə olacaq. Amma həvəsdən düşməyin, bəxtinizi bir daha sınayın".
Viktor Osimenin bu sözləri "Fənərbaxça" azarkeşlərinin kəskin etirazına səbəb olub. Onlar qaradərili futbolçunun ünvanına xoşagəlməz ifadələr səsləndiriblər".