Oteldə öldürülən bankirin qatillərinə ömürlük və 20 il həbs

Oteldə öldürülən bankirin qatillərinə ömürlük və 20 il həbs
Bütün Xəbərlər
17:11 01.12.2015
1236
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Avropa” otelinin idman zalında öldürülən “Zaminbank”ın Nəsimi filialının müdiri Azər Məmmədovun qətlə yetirilməsində təqsirləndirilən Mövlud Səfərov və Sənan Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Prosesə hakim Səbuhi Hüsyenov sədrlik edib. Prosesdə dövlət ittihamçısı çıxış edib. O, çıxışında Sənan Quliyevin ömürlük, Mövlüd Səfərovun isə 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə prosesi dekabrın 8-nə təxirə salınıb.
Xatırladaq ki, bu il aprelin 21-də otelin nəzdində yerləşən idman zalında münaqişə zəminində Bakı şəhər sakinləri, 1985-ci il təvəllüdlü Azər Aydın oğlu Məmmədov ürək nahiyəsindən 3 bıçaq xəsarəti və 1971-ci il təvəllüdlü Ruslan Zakir oğlu Əfəndiyev döş qəfəsinin ön səthinin sol tərəfindən kəsilmiş 2 bıçaq xəsarəti alıb.
A.Məmmədov aldığı xəsarətdən hadisə yerində ölüb. R.Əfəndiyev isə xəstəxanaya yerləşdirilib və həkimlərin səyi nəticəsində həyatını xilas etmək mümkün olub.
Hadisəni törədən Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Sənan Təvəkkül oğlu Quliyev və onun dostu Mövlud Səfərov tutulub. S.Quliyev və M.Səfərov Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2, 120.2.1, 120.2.2, 120.2.3, 29, 120.2.1, 29, 120.2.2, 29, 120.2.3 və 29,120.2.7-ci maddələri ilə ittiham ediliblər.

Virtualaz.org

OXŞAR XƏBƏRLƏR