Oğullarını və arvadını güllələdi, daha sonra intihar etdi

Oğullarını və arvadını güllələdi, daha sonra intihar etdi
DÜNYA
01:08 23.11.2026
92
Yakutiyada yetkinlik yaşına çatmayan şəxsin qətlə yetirilməsi və qətlə cəhd faktı ilə bağlı cinayət işi açılıb.

Bu barədə Rusiya İstintaq Komitəsinin Saxa Respublikası (Yakutiya) üzrə İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.

İstintaqın ilkin versiyasına görə, Yakutiyanın Xangalas rayonunda ata 15 yaşlı oğlunu güllələyərək öldürüb, həmçinin ailəsinin digər üzvlərinə də atəş açıb.

"Noyabrın 22-də səhər saatlarında Xangalas rayonunun Oktömsı kəndində yaşayan 47 yaşlı kişi sərxoş vəziyyətdə öz evində ona məxsus ov tüfəngindən 15 yaşlı oğluna iki dəfə atəş açıb. Aldığı xəsarətlər nəticəsində yeniyetmə hadisə yerində dünyasını dəyişib.

Bundan sonra kişi 14 yaşlı digər oğluna və arvadına da atəş açıb. Yeniyetmə yaralanaraq xəstəxanaya yerləşdirilib və ona zəruri tibbi yardım göstərilir. Daha sonra kişi avtomobilinin salonunda intihar edib", - məlumatda vurğulanıb.

Qeyd olunub ki, cinayət işi üzrə hadisənin motivlərini və digər təfərrüatını müəyyənləşdirmək məqsədilə istintaq tədbirləri davam etdirilir.

///axar.az
OXŞAR XƏBƏRLƏR