Bakı şəhərində Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzində mazadan oğurluq edən şəxslər yaxalanıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Nemət Qafarova məxsus mağazadan diqqəti yayındırmaqla geyim əşyaları oğurlayan Bərdə rayon sakinləri İlhamə Bilalova, Pəri Şıxəliyeva, bacısı Pərvanə və qardaşı Alim Qaradağ RPİ PPXB əməkdaşları tərəfindən yaxalanıb.