Oğuzda "Volkswagen" və "ZİL" toqquşdü, 1 nəfər öldü

Oğuzda "Volkswagen" və "ZİL" toqquşdü, 1 nəfər öldü
Bütün Xəbərlər
11:06 07.11.2014
762
Oğuzda bu gecə bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Oğuz rayonu, Bucaq kəndində "ZİL" markalı yük maşını ilə "Volkswagen" markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilinin sürücüsünün sıxılmış meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
OXŞAR XƏBƏRLƏR