Ötən gündən başlayan çovğun nəticəsində Salyan yolları buz bağlayıb, rayonun bir sıra kəndləri isə işıqsız qalıb
Rayon FHK-da Gün.Az-ın bölgə müxbirinə verilən məlumata görə, ötən gün günortadan sonra Salyan rayonunda başlanan külək axşam saatlarında daha da güclənib.Sonra güclü küləklə müşahidə olunan qarın yağması nəticəsində bəzi yerlərdə qarın qalınlığı 5-8 santimetrə çatıb.Küləkli qar rayonda elə bir ciddi fəsadlar törətməsə də amma bəzi çətinliklər yaradıb.Belə ki, Kür çayında müvəqqəti olaraq qayıqların hərəkəti dayanıb. Bu da Babazənan yaşayış massivi ilə rayon mərkəzinə qayıqla gediş-gəlişi bir qədər çətinləşdirib.Əhaliyə verilən “mavi yanacağ”ın verilişində isə elə bir problem olmayıb. Lakin rayonun bir neçə yaşayış məntəqəsi ötən axşamdan işıqsız qalıb. Hazırda bu istiqamətdə tədbirlər həyata keçirilir.Yollar buz bağladığından nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.