Çox su içməmək hansı risklər yaradır?

Çox su içməmək hansı risklər yaradır?
SOSİAL
13:29 01.06.2026
473
Yay fəslinin yaxınlaşması ilə havaların temperaturu yüksəlir, insan orqanizminin suya olan tələbatı da artır.

AZXEBER.COM xəbər verir ki, su insan orqanizminin əsas tərkib hissələrindən biri hesab olunur. O, bədən temperaturunun tənzimlənməsində, maddələr mübadiləsinin normal işləməsində, qida maddələrinin daşınmasında və toksinlərin orqanizmdən xaric edilməsində mühüm rol oynayır.

Susuzluq orqanizmdə bir sıra ciddi problemlərə yol aça bilər. Kifayət qədər su qəbul edilmədikdə bədəndə maye balansı pozulur, nəticədə yorğunluq, halsızlıq, başgicəllənmə və diqqət zəifliyi yaranır. Uzun müddət davam edən susuzluq böyrəklərin fəaliyyətinə mənfi təsir göstərə, sidik yolları problemlərinin riskini artıra və bədən temperaturunun tənzimlənməsini çətinləşdirə bilər. Ağır hallarda isə susuzluq istilik vurması, qan təzyiqinin düşməsi və digər ciddi sağlamlıq fəsadları ilə nəticələnə bilər.

Şahanə
OXŞAR XƏBƏRLƏR