Çoxmərtəbəli binada yanğın: 15 sakin təxliyə edildi

Çoxmərtəbəli binada yanğın: 15 sakin təxliyə edildi
Bütün Xəbərlər
11:10 04.11.2015
1723
Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən elektrik lövhəsinin çıxış kabeli 3 p.m yanıb.
Yanğın zamanı mənzillərdən 15 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub.
Binanın şaxtasından keçən kabellər yanğından mühafizə olunub.
Yanğın saat 22:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
OXŞAR XƏBƏRLƏR