Oyunlar gənc rəssamların gözü İlə

Oyunlar gənc rəssamların gözü İlə
GƏNCLİK
10:31 05.05.2017
1546

 

 

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Yasamal rayon İcra Hakimiyyəti IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi ilə birgə oyunlara dəstək xarakterli tədbir təşkil etdi.

Tədbirin məqsədi gənc rəssamların iştirakı ilə IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək dövlətlərə məxsus bayraqların rəsmlərinin sərgiləmək idi. Tədbirdə dövlət qurumlarınıın rəhbər əməkdaşları və gənc yeniyetmə rəqqaslar, idmançılar və rəssamlar iştirak edirdi.

Tədbirin təşkilatçısı Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov: "Bildiyiniz kimi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi  ilə Yasamal rayonu İcra Hakimiyyəti IVİslam Həmrəyliyi Oyunlarına dair dəstək xarakterli tədbir təşkil edib. Tədbir "İslam Oyunları gənc rəssamların gözü ilə” mövzusundadır və gənc rəssamlar iştirakçı dövlətlərin bayraqlarının rəsmini çəkir. Belə tədbirlər oyunlara hazırlığın göstəricisidir və bu rəsmlər Atletlər kəndində sərgilənəcək. Bu tədbir Bakı şəhər Gənclər və İdman Baş İdarəsi,  İslam Həmrəyliyi Oyunlarının Əməliyyat komitəsi, Yasamal Rayon İcra Hakimiyyəti və Abşeron Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə ərsəyə gəldi. Gənc rəssamlar il ərzində müxtəlif müsabiqələrdə qalib gəlmiş gənclərdir.  İslam Oyunlarına bir neçə gün qalıb və ümid edirəm ki, xalqımıza möhtəşəm bir idman yarışı təqdim ediləcək. Milli idmançılarımızdan uğurlar gözləyirik. İslam Oyunları dövlət səviyyəli tədbir olduğundan, hər bir qurumun, hər bir azərbaycanlının əməyi yüksək qiymətləndirilir. Bu idman tədbiri olduğundan, hər bir milli idmançımıza böyük uğurlar arzu edirik!”

IV İslam Həmrəyliyi Oyunlarına dəstək xarakteri daşıyan bu tədbirdə çəkilmiş bayraqlar həmin dövlətlərin nümayəndə  heyətinə  xatirə hədiyyəsi kimi təqdim olunacaqdır.

 

OXŞAR XƏBƏRLƏR