Yol polisi sürücülərə müraciət etdi.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) sürücülərə müraciət edib.
BŞDYPİ-dən AZXEBER.COM -a verilən məlumata görə, Avropa Oyunlarına təhkim edilən avtomobillərin hərəkəti üçün ayrılan sarı zolaqda digər avtomobillərin hərəkəti üçün qoyulan qadağa iyulun 1-də götürüləcək.
BŞDYPİ sürücülərə müraciətində Avropa Oyunlarına təhkim edilən avtomobillərin hərəkəti üçün ayrılan sarı zolaqda hərəkət etməməyi tövsiyə edib.