"Bu, Azərbaycan mətbuatının tarixində ilk hadisədir" - Natiq Məmmədli
Xəbər verdiyimiz kimi, iyun ayının 23-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDIA) və Avropanın aparıcı xəbər şəbəkələrindən biri olan "Euronews” telekanalının birgə əməkdaşlığı çərçivəsində "Euronews Academy” beynəlxalq tədris proqramına start verilib.
Açılış mərasimində çıxış edən "Euronews”un Bakı üzrə icraçı direktoru Fernando Soares bildirib ki, sözügedən proqram gə...