Bu qərar keçmiş baş nazir Benazir Buttonun ölümünün araşdırılması zamanı verilib. Hakim Rana Nisar Əhməd, keçmiş prezident barəsində həbs əmri verərək, fevralın 19-dakı məhkəməyə gəlməsilə bağlı xəbərdarlıq edib.
Qeyd edək ki, 1990-cı illərdə Baş nazir postunda olan Butto dekabrın 27-si 2007-ci ildəöldürülmüşdü. Onun ölüm səbəbləri ilə bağlı araşdırmalar isə hələ də davam edir.