Pakistan səfiri: “BMT TŞ-nın qətnamələri Kəşmir münaqişə üzrə də icra edilmir”

SİYASƏT
13:27 27.10.2020
213

Pakistanın Azərbaycandakı səfirliyində Kəşmirin işğalı gününə həsr olunmuş tədbir keçirilib.

AZXEBER.COM xəbər verir ki, tədbiri açan Pakistanın Azərbaycandakı səfiri Bilal Hai Cammu və Kəşmirdəki münaqişələrin 70 ildən çoxdur davam etdiyini bildirib.

"Təəssüf ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri bu münaqişə üzrə də icra edilmir. Bu, çox təhlükəli münaqişədir. Pakistan və Hindistan nüvə silahlarına malik gücləridir və açıq münaqişə bölgədə böyük dağıntılara gətirib çıxara bilər. Bu səbəbdən münaqişənin BMT qətnamələrinə əsaslanaraq sülh yolu ilə həllinə üstünlük veririk”, - o deyib.

Səfir həmçinin Hindistanın Kəşmirin demoqrafik mənzərəsini tamamilə dəyişdirməyə çalışdığını da vurğulayıb. Onun sözlərinə görə, Kəşmirdə yerli müsəlman əhalinin hüquqları kobud şəkildə pozulur.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib ki, Azərbaycan da torpaqlarının işğal edilməsindən əziyyət çəkir və hazırda Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusu işğal altındakı əraziləri azad edir.

"Son hadisələr kimin dostumuz olduğunu göstərdi. Onların arasında Pakistan xalqı da var. Azərbaycana hər cür dəstək ifadə edildi. Ölkələrimiz arasında çox geniş əməkdaşlıq qurulub”, - o söyləyib.

S.Əliyevanın sözlərinə görə, Ermənistan Azərbaycanın mülki əhalisinə raket zərbələri endirərək təcavüzkar siyasətini davam etdirir: "Bir aydır davam edən döyüş əməliyyatları zamanı 10 uşaq həlak olub, 32 uşaq yaralanıb, bir neçə uşaq hər iki valideynini itirib. Təəssüf ki, dünya bu vəhşiliklərə göz yumur”, - ombudsman vurğulayıb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

12:31 04.12.2020

Nazirlik Xudayarın kirayədə yaşayan ailəsi üçün ev tikir

12:26 04.12.2020

Prezidentin köməkçisindən şəhidlərlə bağlı paylaşım

12:20 04.12.2020

Restoranlarda bir neçə toy məclisi keçirilib, polis araşdırmalara başladı

12:06 04.12.2020

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - VİDEO

11:52 04.12.2020

Prezidentlə xanımı Şəhidlər Xiyabanında

11:39 04.12.2020

Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır - Fransa səfiri

11:37 04.12.2020

“Neftçi”də daha altı nəfərdə koronavirus aşkarlandı

11:27 04.12.2020

DİN: “21 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə saxlanılaraq evə qaytarılıb”

11:06 04.12.2020

İlham Əliyev şəhidlərimizlə bağlı paylaşım edib - FOTO

10:52 04.12.2020

Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusdan vəfat etdi

10:51 04.12.2020

"Ermənistan son dəqiqəyə qədər xüsusi sessiyanın keçirilməsi üçün hazırlıq prosesinə mane olmağa çalışıb"

10:49 04.12.2020

Vyetnamda çətin vəziyyətə düşmüş azərbaycanlılar təxliyyə edildi

10:41 04.12.2020

İlham Əliyev: “ÜST pandemiya ilə mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırıb”

10:24 04.12.2020

Binəqədidə evi tərk edən koronavirus xəstəsi saxlanıldı

10:21 04.12.2020

Azərbaycan Prezidenti: "Qazanılmış Qələbə işğalçını təslim olmağa məcbur edib"

10:20 04.12.2020

Fransanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq - XİN