Pakistanda təhsil mərkəzinin damı çökdü - 14 uşaq öldü
DÜNYA
20:41 30.06.2026
373
Pakistanın Lahor vilayətində yerləşən təhsil mərkəzlərindən birinin damı uçub.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, hadisə nəticəsində 14 uşaq həyatını itirib.
Rəsmi qurumlar qəza zamanı 19 uşağın yaralandığını, onlardan 5-nin vəziyyətinin ağır olduğunu bildiriblər.
Hadisə yerinə çoxlu sayda axtarış-xilasetmə qrupu və təcili tibbi yardım briqadası cəlb olunub.
Dağıntılar altında qalanların xilas edilməsi istiqamətində işlər davam etdirilir.