Pakistandan ABŞ-nin İrana hücumlarına sərt REAKSİYA

Pakistandan ABŞ-nin İrana hücumlarına sərt REAKSİYA
DÜNYA
13:28 23.06.2025
315
Pakistan ABŞ-nin İrandakı üç nüvə obyektinə hücumunu pisləyib. və regionda gərginliyin daha da artması ilə bağlı ciddi narahatlığını bildirib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyi bazar günü verdiyi yazılı açıqlamada, "İrana qarşı davam edən təcavüzə görə gərginliyin və zorakılığın görünməmiş şəkildə artması dərin narahatlıq doğurur. Gərginliyin daha da artması regionda və onun hüdudlarından kənarda ciddi zərərli nəticələrə səbəb olacaq" deyə bildirib.

Nazirlik mülki şəxslərin təhlükəsizliyinə və onların əmlakına hörmət edilməli və münaqişəyə dərhal son qoyulmalı olduğunu vurğulayaraq, bütün tərəflərin beynəlxalq hüquqa, xüsusilə də beynəlxalq humanitar hüquqa riayət etməli olduğunu bildirib.

Nazirlik əlavə edib ki, BMT Nizamnaməsinin prinsip və məqsədlərinə uyğun olaraq dialoq və diplomatiyaya müraciət etmək regionda böhranların həlli üçün yeganə etibarlı yoldur.
 
Gülay
OXŞAR XƏBƏRLƏR