Teleqraf.com-un xəbərinə görə, hadisə Abşeron-Samur kanalında baş verib. Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən “N” saylı Hərbi Hissənin əsgəri Nizami Abdurrəhmanovun papağı kanala düşüb. Əsgər kanaldan papağını çıxarmaq istəyərkən ayağı sürüşüb və kanala düşüb. Əsgərin kanalda boğulduğu bildirilir. Əraziyə xilasedicilər gəlib və onun meyitinin sudan çıxarılması üçün tədbirlər görülür.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağırılan Nizami Abdurrəhmanov 20 gündən sonra xidmətini başa çatdırıcaqdı.