"Papito"nun ifaçısı Seeya Bakının mərkəzində ulduz axtarışında - FOTO + VİDEO

"Papito"nun ifaçısı Seeya Bakının mərkəzində ulduz axtarışında - FOTO + VİDEO
MAQAZİN
13:53 05.07.2017
12349
"Papito” mahnısı ilə bütün dünyada məşhurlaşan müğənni Seeya paytaxtımızın qonağı olub.
 
AZXEBER.COM xəbər verir ki, məşhur müğənninin Bakıya gəlmə səbəbi "ADDIM” təşkilatının "Dünya Starı” layihəsində iştirak etmək olub.
 
Müğənni layihə və paytaxtımız haqqında fikirlərini bölüşüb. "Bakını çox sevirəm. Azərbaycanın bir çox məkanlarında "Papito” mahnım səslənir. Bu da məni çox sevindirir. Bakıya gəlmə səbəbim buradaki layihə ilə bağlıdır. Mənim dəyərli prodüserim və mən də münfis kürsüsündəyik. Azərbaycanlı müğənniləri dinləyib, aralarından ən yaxşısını seçəcəyik. Həm də mən Azərbaycan musiqilərini dnləyib, onlarla tanış olacam".
 
ADDIM təşkilatının sədri Hüseyn Cavadzadə layihə haqqında deyib ki, bu Azərbaycan mədəniyyəti üçün böyük uğurdur: "Bu layihə əminəm ki, Azərbaycan mədəniyyəti üçün olducaq önəmli rol oynayacaq. Bizim mədəniyyətimiz, musiqimiz ölkə xaricində daha da tanınacaq. Bizim xarici tərəfdaşlardan belə bir fikir gəldi ki, Bakıda kastinqdə iştirak etmək istəyirlər. Biz də bunu böyük həvəslə qəbul etdik. Çünki bizim istedadlı bir çox gənclərimiz var ki, onlar xaricdə tanınmağı haqq edirlər. Bəzi istedadlı insanlarımızın öz sənətini göstərməyə imkanı yoxdur.
 
Təşkilatçı deyib ki, müğənnilərimizin xaricdə tanınmasına da yardımçı olacaqlar: "Bəzən bizdə bəzi müğənnilər özlərinə "dünya şöhrətli” deyirlər amma onu vətəndən kənarda heç kim tanımır. Biz də məhz bu səbəbdən xarici ölkədə tanınan və bizim müğənnilərə maliyyə ayıracaq prodüserləri ölkəmizə dəvət etmişik".
 
Səhnədə 13 yarışmaçı öz performasını göstərib. Sonda qalib iki iştirakçı Sənan və Mustafa olub.
 
Qeyd edək ki, kastinqin münsifləri Seeya, əməkdar artist Tünzalə Ağayeva və iki xarici produser olub.
 
Həmin mərasimdən foto və videoları təqdim edirik:
 
Nazim Qasımzadə,
Foto, video: Nurlan Gülmməmədov

 

 

 

 

 

 

 

 

 


 

 

 

 

 


 
 

OXŞAR XƏBƏRLƏR