Paris və Vaşinqton arasında ada QALMAQALI

Paris və Vaşinqton arasında ada QALMAQALI
DÜNYA
15:56 20.09.2026
93
Fransa Prezidenti Emmanuel Makron Şimali Atlantika okeanında yerləşən Sen-Pyer və Mikelon arxipelaqının Fransa ərazisi olduğunu və bu məsələnin müzakirə mövzusu ola bilməyəcəyini bəyan edib.

Yelisey sarayının rəhbəri ərazinin suverenliyi ilə bağlı birmənalı mövqe ortaya qoyub.

Makron açıqlamasında bu strateji arxipelaqın Fransanın tərkibində qalacağını qətiyyətlə vurğulayıb. Fransalı liderin bu bəyanatı ABŞ Prezidenti Donald Trampın sosial şəbəkələrdə paylaşdığı xəritədən dərhal sonra gəlib.

Qeyd edək ki, bir qədər əvvəl Donald Tramp tərəfindən təqdim olunan xəritədə Kanada sahillərinə yaxın yerləşən Sen-Pyer və Mikelon adaları ABŞ ərazisi kimi göstərilmiş, bu fakt isə Parisdə kəskin narazılıq və siyasi reaksiya doğurmuşdu.
 
//bakıvaxtı.az
OXŞAR XƏBƏRLƏR