Parisdə Ermənistan səfirliyinin qarşısında 'Ermənistan terrorçu dövlətdir' deyildi

Parisdə Ermənistan səfirliyinin qarşısında
Bütün Xəbərlər
00:01 20.09.2012
1128
Azərbaycan ərazilərinin erməni silahlı qüvvələri tərəfindən işğal edilməsinə etiraz əlaməti olaraq sentyabrın 18-də Parisdə Ermənistan səfirliyi qarşısında Azərbaycan və qardaş türk icmalarının birgə izdihamlı mitinqi keçirilib. AZXEBER.COM xəbər verir ki, Azərbaycan və Türkiyə bayraqlarının dalğalandığı, “Azərbaycan işğal altındakı ərazilərini tezliklə azad edəcəkdir!”, “Ermənistan terrorçu dövlətdir!”, “Xocalıya ədalət!”, “Qarabağ bizimdir, bizim də olacaqdır!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” kimi şüarların səsləndiyi mitinqdə Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi zamanı həlak olan azərbaycanlı şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ölkəmizin himni səsləndirilib. Aksiyanı açan Fransadakı Azərbaycan icmasının fəal üzvü Mirvari Fətəliyeva-Pur mitinqdə Almaniyadan, İsveçrədən, İsveçdən, Hollandiyadan, Belçikadan, İngiltərədən, Lüksemburqdan Azərbaycan və türk icmalarının yüzlərlə üzvünün gəldiyini, Fransadakı azərbaycanlıların və türklərin də onlara qoşulduğunu diqqətə çatdırmış, ermənilər tərəfindən işğal edilmiş torpaqların tezliklə azad olunacağına inandığını, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində Avropa ölkələrindəki Azərbaycan və türk icmalarının fəallığının getdikcə artdığını, Xocalı soyqırımının unudulmayacağını bəyan edib. Ölkəmizin ərazisinin 20 faizinin ermənilər tərəfindən işğal edildiyini, bir milyondan artıq azərbaycanlının öz doğma torpaqlarından silah gücünə zorla çıxarıldığını xatırladan Azərbaycan-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı beynəlxalq qurumların siyasətini terror üzərində quran, ərazisini başqa bir ölkənin torpaqları hesabına genişləndirməyə can atan Ermənistanı dəstəklədiklərini, Azərbaycanın haqq səsini qulaqardına vurduqlarını bildirmiş, bütün dünya ölkələrinin beynəlxalq terrorizmə qarşı mübarizə apardığı bir vaxtda, Ermənistanın ASALA terror təşkilatını dəstəkləməsinin yolverilməz olduğunu diqqətə çəkmiş, insan hüquqlarından ağızdolusu danışan bəzi avropalı deputatların minlərlə azərbaycanlını qətlə yetirən erməniləri günahlandırmaq əvəzinə, ölkəsinin bayrağının təhqir edilməsinə dözməyərək erməni zabitini öldürdüyünə görə 8 il həbsdə yatdıqdan sonra Azərbaycana ekstradisiya edilən Ramil Səfərovun prezident tərəfindən əfv olunaraq azadlığa buraxılmasından narahat olmalarından təəssüf hissi keçirdiyini bildirib. T.Rüstəmxanlı Ermənistan prezidenti Serj Sarkisyanın və həmin ölkənin digər rəhbər işçilərinin əllərinin yüzlərlə azərbaycanlının qanına bulaşdığını, onların indiyədək cəzasız qaldığını bəyan etmiş, belə təhlükəli və irticaçı dövlətə qarşı mübarizə aparmaq üçün Azərbaycan və türk icmalarını daha sıx birləşməyə çağırıb. Benilüks Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov Avropanın bir çox ölkəsindən gələn Azərbaycan icmaları üzvlərinin Parisdə izdihamlı mitinq keçirmələrinin güclü erməni lobbisinə qarşı çıxacaq bir qüvvənin yetişməsindən xəbər verdiyini, konqresin vitse-prezidenti Musa Pünhan, rəyasət heyətinin üzvü Elsevər Məmmədov, Almaniyadakı Azərbaycan icmasının üzvü Ramiz Baxşəliyev, Hollandiya-Azərbaycan-Türkiyə Kültür dərnəyinin rəhbəri İlhan Aqşin, Dünya Azərbaycanlıları Konqresinin keçmiş sədri Cavad Derəxti öz çıxışlarında vəhşiləşmiş erməni əsgərlərinin işğal etdikləri ərazilərdə dinc yerli əhaliyə tutduqları divandan, hətta uşaqlara və qadınlara belə aman vermədiklərindən söhbət açmış, alman faşistləri ilə müqayisədə erməni əsgərlərinin daha amansız olduqlarını, vətəndən uzaqda yaşamalarına baxmayaraq, lazım gəldikdə Mübariz İbrahimov və Ramil Səfərov kimi qəhrəmanların hərəkətlərini təkrar etməyə hazır olduqlarını, dövlətimizin yürütdüyü daxili və xarici siyasəti tam dəstəklədiklərini, üçrəngli bayrağımızın tezliklə Şuşada dalğalanacağına ümidvar olduqlarını bildirib. Milli Məclisin deputatı Sabir Rüstəmxanlı demokratik bir ölkə kimi tanınan Fransanın dünyaya nəhəng simalar-filosof-maarifçilər, şairlər və yazıçılar, rəssamlar və heykəltəraşlar verdiyini xatırlatmış, Avropa dövlətlərinin Azərbaycana qarşı ikili siyasət yürütdüyünü xüsusi vurğulamış, Fransanın 20 ildən artıq ATƏT-in Minsk qrupuna üzv ölkələrdən biri olmasına baxmayaraq daim Ermənistanı dəstəklədiyini, bu işğalçı dövlətə hərtərəfli yardım göstərdiyini diqqətə çatdırıb. S.Rüstəmxanlı 500-dən çox deputatı olan Avropa Parlamentinin 57 deputatının ermənini qətlə yetirən Ramil Səfərovun əfv olunaraq azadlığa buraxıldığına görə Azərbaycana qarşı qərəzli qərar qəbul etmələrinin tamamilə yersiz bir hərəkət, bağışlanmaz bir hal olduğunu, bir erməni zabitinə görə səsini qaldıran avropalı deputatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı həlak olan 30 min azərbaycanlının şəhid olmasına, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün həyatı yaşamasına, Xocalı soyqırımına göz yummaları yalnız təəssüf hissi doğurur. Hələ sübutunu tapmayan və erməni yalanları üzərində köklənən qondarma “erməni soyqırımı”nın inkarına görə insanlara cəza verilməsini dəstəkləyən Avropanın Xocalı soyqırımına siyasi qiymət verməkdən boyun qaçırması məgər ədalətsizlikdən xəbər vermirmi? Bəli, Avropa ölkələrinin əksəriyyəti ermənipərəst siyasət yürüdür. Artıq bu açıq şəkildə özünü büruzə verir. Belə haqsızlığa, ədalətsizliyə qarşı Azərbaycan və türk icmaları birləşməli və birgə fəaliyyət göstərməlidirlər. Aksiyada Azərbaycan və Türk diasporu, xaricdə təhsil alan və məzun olan gənclər lazım gələrsə həm sivil informativ şəkildə, həm də bu kimi aksiyalarla öz haqq səslərini hər zaman duyuracaqlırını bildirdilər. 500-dən artıq azərbaycanlı və türkün iştirak etdiyi etiraz aksiyasının sonunda Ermənistanın işğalçılıq siyasətini pisləyən bəyannamə oxunub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Naxçıvanda qəsəbə icra nümayəndəsi qəzada ölüb - FOTO
12:59 29.06.2025
Naxçıvanda qəsəbə icra nümayəndəsi qəzada ölüb - FOTO
Millət vəkili: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir
12:53 29.06.2025
Millət vəkili: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir
İlham Rəhimov: "Yekaterinburq hadisəsinin obyektiv araşdırılması üçün bütün imkanlarımdan istifadə edəcəyəm"
12:46 29.06.2025
İlham Rəhimov: "Yekaterinburq hadisəsinin obyektiv araşdırılması üçün bütün imkanlarımdan istifadə edəcəyəm"
"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq
12:42 29.06.2025
"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq
"Rusiya ölkədə kişi tapılmadığı bu vaxta əsl azərbaycanlı kişilərin qayğısına qalmalıdır" - Əli Vəliyev
12:40 29.06.2025
"Rusiya ölkədə kişi tapılmadığı bu vaxta əsl azərbaycanlı kişilərin qayğısına qalmalıdır" - Əli Vəliyev
“Bu əməliyyatlar da sığortaya salınsın, insanlar ölür” - Əməkdar artist
12:38 29.06.2025
“Bu əməliyyatlar da sığortaya salınsın, insanlar ölür” - Əməkdar artist
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
12:34 29.06.2025
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Lənkəranda istirahət mərkəzin müdiri bıçaqlanıb
12:31 29.06.2025
Lənkəranda istirahət mərkəzin müdiri bıçaqlanıb
Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq, şimşək çaxacaq
12:29 29.06.2025
Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq, şimşək çaxacaq
Deputat: Rusiyada baş verən hadisə birbaşa sifarişlə həyata keçirilən prosesdir
12:26 29.06.2025
Deputat: Rusiyada baş verən hadisə birbaşa sifarişlə həyata keçirilən prosesdir
Politoloq: Azərbaycan və Rusiya arasındakı müttəfiqlik sazişinin üzərindən xətt çəkilib
12:24 29.06.2025
Politoloq: Azərbaycan və Rusiya arasındakı müttəfiqlik sazişinin üzərindən xətt çəkilib
Kolumbiyada torpaq sürüşməsində ölənlərin sayı 23 nəfərə çatıb
12:14 29.06.2025
Kolumbiyada torpaq sürüşməsində ölənlərin sayı 23 nəfərə çatıb
Azərbaycanda Rusiya ilə bağlı mədəni tədbirlər ləğv olundu
12:08 29.06.2025
Azərbaycanda Rusiya ilə bağlı mədəni tədbirlər ləğv olundu
Yekaterinburqda daha bir azərbaycanlının barəsində məhkəmə keçirilir
11:56 29.06.2025
Yekaterinburqda daha bir azərbaycanlının barəsində məhkəmə keçirilir
Rəşad Dağlının övladlarından yüksək nəticə
11:50 29.06.2025
Rəşad Dağlının övladlarından yüksək nəticə
Ukrayna Silahlı Qüvvələri pilotla birlikdə F-16-nı itirib
11:40 29.06.2025
Ukrayna Silahlı Qüvvələri pilotla birlikdə F-16-nı itirib