'Parisdə iki azərbaycanlının döyülməsinə olan laqeyd münasibət əsl siyasi əxlaqsızlıqdır'

GƏNCLİK
17:07 01.03.2013
1514

Parisdə Fransa Milli Assambleyasının binasında Parisdəki Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva və azərbaycanlı tələbə Vüsal Hüseynоvun ermənipərəst mövqeyi ilə tanınan parlamentar Fransua Roşebloun və erməni diaspоrunun üzvləri tərəfindən vəhşicəsinə döyülməsinə etirazlar səngimək bilmir.

Məsələ ilə bağlı AZXEBER.COM-a açıqlama verən “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı qeyd edib ki, Parisdə baş verən bu hadisəni təsadüf hesab etmir: “Biz Fransanın bir sıra məsələlərə yanaşmada Azərbaycana olan qərəzli münasibətinə, ATƏT-in Minsk Qrupunun üzvü kimi Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində tutduğu ədalətsiz mövqeyə zaman-zaman şahidlik etmişik. Ancaq, başqa ölkələrə demokratiya, insan hüquqları mövzusunda moizələr oxuyan, ayrı-ayrı dövlətlərin daxili işlərinə müdaxilə etməklə təftiş edən bir ölkədə iki azərbaycanlının bir deputatın təşəbbüsü və iştirakı ilə döyülməsi və buna olan laqeyd münasibət əsl siyasi əxlaqsızlıqdır. Olayın üstündən artıq bir neçə gün keçib, ancaq bu cinayəti törədən və sifariş edənlər barəsində heç bir ciddi hüquqi ölçü götürülməyib. Bütün bu olanlardan sonra Fransa hansı mənəvi haqla başqa ölkələrdən demokratiya, insan hüquq və azadlıqlarının qorunmasını tələb edəcək? İki günahsız Azərbaycan gəncinin ermənipərəst mövqeyi ilə tanınan parlamentar Fransua Roşebloun iştirakı və təşəbbüsü ilə vəhşicəsinə döyülməsindən və bunun cəzasız qalmasından sonra biz hansı məntiqlə Fransanın Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe tutmasını gözləyə bilərik?”

Fərid Şahbazlının sözlərinə görə, Azərbaycan parlamenti, bütün qeyri-hökümət təşkilatları və mediyası Parisdə həmvətənlilərimə qarşı törədilmiş bu cinayət əməlini sonadək diqqətdə saxlamalı və günahkarların layiqli cəzasına çatması üçün sonadək mübarizə aparmalıdır: “Yoxsa bu onsuzda ölkəmizə qarşı qərəzli mövqedə olan Fransada olduqca təhlükəli tendensiyanın əsasını qoya bilər”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
14:42 12.07.2025
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
14:37 12.07.2025
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
14:28 12.07.2025
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
14:10 12.07.2025
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlandı
13:40 12.07.2025
Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlandı
“Turan Tovuz”–“Traktor” oyununun tarixi bəlli oldu
13:35 12.07.2025
“Turan Tovuz”–“Traktor” oyununun tarixi bəlli oldu
Nazirlikdən hava ilə bağlı əhaliyə müraciət- VİDEO
13:14 12.07.2025
Nazirlikdən hava ilə bağlı əhaliyə müraciət- VİDEO
Suriya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
13:11 12.07.2025
Suriya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
“Biz Görüşəcəyik 2” sənədli filminin təqdimat mərasimi oldu - VİDEO
12:57 12.07.2025
“Biz Görüşəcəyik 2” sənədli filminin təqdimat mərasimi oldu - VİDEO
“Bayer 04” ABŞ millisinin futbolçusunu transfer edib
12:54 12.07.2025
“Bayer 04” ABŞ millisinin futbolçusunu transfer edib
İstirahət gününə olan hava proqnozu
12:33 12.07.2025
İstirahət gününə olan hava proqnozu
Azərbaycan Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət edib
12:13 12.07.2025
Azərbaycan Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət edib
Bakıda növbəti dəfə genişmiqyaslı təmizlik işləri aparılıb
11:52 12.07.2025
Bakıda növbəti dəfə genişmiqyaslı təmizlik işləri aparılıb
Ərdoğan: Terror hücumları nəticəsində ümumilikdə 50 minə yaxın insanımız həyatını itirib
11:45 12.07.2025
Ərdoğan: Terror hücumları nəticəsində ümumilikdə 50 minə yaxın insanımız həyatını itirib
Azərbaycan Konstitusiyasının qəbul olunmasının 30 ili münasibətilə beynəlxalq konfrans keçiriləcək
11:36 12.07.2025
Azərbaycan Konstitusiyasının qəbul olunmasının 30 ili münasibətilə beynəlxalq konfrans keçiriləcək
Rusiyanın Çernovtsı və Lvova zərbələri nəticəsində ölənlər var, binalar zədələnib
11:31 12.07.2025
Rusiyanın Çernovtsı və Lvova zərbələri nəticəsində ölənlər var, binalar zədələnib