“Park Bulvar”da həyəcan

“Park Bulvar”da həyəcan
Bütün Xəbərlər
11:52 21.10.2014
2784
30 yaşlı kişi intihara əl atdı.
Ötən gün Bakının Səbail rayonunda 30 yaşlı kişi özünü öldürmək istəyib.
AZXEBER.COM xəbər verir ki, Səbail rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə “Park Bulvar”ın qarşısında baş verib.
Belə ki, axşam saat 18.00 radələrində 1984-cü təvəllüdlü Tural Mustafayev insanların gözü qarşısında siçan dərmanı qəbul edib. Hadisə şahidləri hadisə yerinə təcili yardım həkimləri çağırıblar.
Tural Mustafayev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR