"Park Cinema" 20 yanvar günü şəhidlərin ruhuna hörmətsizlik etdi

"Park Cinema" 20 yanvar günü şəhidlərin ruhuna hörmətsizlik etdi
Bütün Xəbərlər
00:24 20.01.2015
9603
"Park Cinema" 20 yanvar günü şəhidlərin ruhuna hörmətsizlik edib.
AZXEBER.COM xəbər verir ki, Azərbaycanda ümummilli hüzün günü qeyd olunarkən Park Cinema tamaşaçılara komediya təqdim edib.
Belə ki, kinoteatrda müxtəlif zallarda komediya nümayişi olub.
"Park Cinema"nın bu məsuliyyətsizliyi millət vəkili Fuad Muradovu da hiddətləndirib. O sosial şəbəkədə bu haqda yazıb:
”Bu gün, xalqımızım ümummilli hüzn günündə “Park Cinema”da kinokomediya nümayiş etdirilib. Hər birimiz xalqımızın sevincini də, kədərini də yaşamağı bacarmalıyıq. Sözdə deyil, işdə bunu göstərməliyik. Onu da unutmamalıyıq ki, atdığımız hər bir addımı gənclər izləyir, gənclər görür.

Yəni gənclərin tərbiyə olunmasında, formalaşmasında hər kəsin rolu var. Gənclərə örnək olmaq üçün nümunəvi addımlar atmalıyıq. Mən bu hüzn günü xalqımızın dərdinə şərik çıxmayanları qınayıram. Belələri öz səhvlərini anlamalıdırlar. Bu, düzələn səhvlərdir. Səhv edənlər özlərini düzəltməlidirlər”.

OXŞAR XƏBƏRLƏR