Park Cinema: Yer Gününə həsr olunmuş pulsuz seans

Park Cinema: Yer Gününə həsr olunmuş pulsuz seans
Bütün Xəbərlər
14:26 23.04.2014
699
Yer Günü münasibəti ilə Park Cinema Metro Park-da "Məskən" filminin pulsuz nümayişi təşkil edilib.
AZXEBER.COM-un məlumatına görə, Park Cinema və Kempinski Badamdar Otelinin Yer Gününə həsr olunmuş birgə keçirdiyi tədbirlər çərçivəsində 23 aprel tarixində "Məskən" filmi Park Cinema Metro Park-da ictimaiyyətin diqqətinə pulsuz olaraq tədim edilib. Park Cinema tədbirin sponsoru qismində çıxış edərək bu fəaliyyətini sosial məsuliyyətli layihələri dairəsinə əlavə edir. Qeyd edək ki, Yer Günü ilə bağlı keçirilən tədbir BMT-nin Bakıdakı ofisi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dəstək almışdır.
"Məskən" filmi 2009-cu ildə Yann Arthus-Bertrandın çəkdiyi sənədli filmidir. Film əsasən Yer kürəsində müxtəlif yerlərin aerofotoşəkillərindən ibarətdir. Film yer kürəsində sürən həyat tərzinin fərqliliyini göstərir və bəşəriyyətin planetin ekoloji balansını pozmaq təhlükəsi barədə bəhs edir. Filmin 5 il əvvəl çəkilməsinə baxmayaraq o, yenə də populyarlığını qoruyub saxlayır və dünyada bir çox ətraf mühitə aid kampaniyalarda nümayiş etdirilir.
Ölkədə ilk yeni nəsil kinoteatrlar şəbəkəsi olan Park Cinema 16 oktyabr 2010-cu il tarixində fəaliyyətə başlamışdır. Hal-hazırda şəbəkə 3 kinoteatr, 13 zal və 2200-dən artıq oturacaq yerilə təqdim olunub. Burada ölkədə ilk dəfə olaraq 3D və HFR formatları təqdim olunmuşdur. Şəbəkənin kinoteatrlarında ən son texnologiyalardan istifadə olunmuş və kinoproyeksiya sahəsində təqdim olunmuş aparıcı brendlərdən olan avadanlıqlar quraşdırılmışdır.Şəbəkə və repertuar haqqında ətraflı məlumatı www.parkcinema.azsaytından və Facebook sosial şəbəkə səhifəsindənhttps://www.facebook.com/ParkCinemaəldə etmək olar.
OXŞAR XƏBƏRLƏR