'Park Cinema'da Avropa Film Festivalı olacaq

MƏDƏNİYYƏT
12:38 22.09.2012
1795
Park Cinema kinoteatrı və Avropa İttifaqı Nümayəndəliyi 3-cü Avropa Film Festivalının açılışını elan edirlər. Festival Bakıda 04-10 oktyabr tarixlərində keçiriləcək, Azərbaycan ictimaiyyətinə müasir Avropa filmləri və onların rejisorları təqdim olunacaqlar.Avropa Film Festivalının proqramına Avropa İttifaqına daxil olan Azərbaycanda təmsil olunmuş 14 dövlətdən (Avstriya, Belçika, Çex Respublikası, Fransa, Macarıstan, İtaliya, Latviya, Litva, Hollandiya, Polşa, Rumıniya, İsveç və Birləşmiş Krallıq) və Azərbaycandan 15 filmin nümayişi daxildir. Musiqili komediyadan (İsveçdən Səsin Sədası), emosional drama (İtaliyadan Yenə Öp Məni) və psixoloji trillerdən (BK-dən Kevin haqqında danışmalıyıq) tutmuş detektiv ssenarili filmədək (Belçikadan Alsqeymer sindromu) geniş çeşidli janrlarda filmlər təqdim olunacaqdır.Festivalın fəxri qonaqları kimi litva kino rejissoru Algimantas Puipa, Polşa kino rejissoru Rafael Levandovski, alman kino rejissoru Eva Blondiau digərləri ilə yanaşı təqdim olunacaqlar. Filmlərdən sonra tamaşaçılara qonaqlarla interaktiv müzakirələrdə iştirak etmək şansı veriləcəkdir.Azərbaycan ictimaiyyətinin geniş iştirakını təmin etmək üçün hər film 2 seans ilə nümayiş etdiriləcək və bütün filmlərə giriş pulsuz olacaqdır. Biletlər 25 sentyabr tarixindən Neftçilər prospektində yerləşən "Park Bulvar, "Park Cinemada" əldə oluna bilər.Avropa Film Festivalları Aİ-nın Azərbaycandakı Nümayəndəliyi tərəfindən hər il Azərbaycanda təşkil olunur. Məqsəd Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasındakı mədəni əlaqələri qurmaq və onları inkişaf etdirmək, beləliklə, Avropa dəyərləri haqda olan anlayışı daha da artırmaqdır.Avropa Film Festivalı barədə əlavə məlumat üçün xahiş edirik aşağıdakı internet səhifələrə baxınwww.parkcinema.az və ya www.eeas.europa.eu/delegations/azerbaijan 

OXŞAR XƏBƏRLƏR