"Parker" zondunun günəşə rekord yaxınlaşması oldu

"Parker" zondunun günəşə rekord yaxınlaşması oldu
DÜNYA
11:12 02.04.2025
487
NASA-nın "Parker" Günəş zondu 2024-cü ilin dekabrında Günəşin səthinə 6,1 milyon kilometr yaxınlaşaraq müəyyən etdiyi rekordu bir daha yeniləyib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə NASA açıqlama yayıb.
 
Bu məsafə insan tərəfindən yaradılan bir cismin Günəşə çatdığı ən yaxın məsafədir. Zond saatda təqribən 192 kilometr sürətlə hərəkət edərək süni obyektin əldə etdiyi ən yüksək sürətə çatıb.
 
Hər iki rekord ilk dəfə 24 dekabr 2024-cü ildə Parker tərəfindən qırılıb. Bu uğur 22 mart 2025-ci ildə təkrarlanıb və zond növbəti dəfə təxminən 8,3 milyon kilometr dərinliyə qədər uzanan Günəş atmosferinə daxil olub.
 
Parkerə bu cəsarətli missiyanı uğurla başa vurmağa imkan verən əsas element həddindən artıq temperaturlara tab gətirə bilən xüsusi istilik qalxanı olub. Günəşin atmosferi onun səthindən milyonlarla dərəcə isti olduğundan, zondun bu temperaturlara tab gətirə bilməsi böyük mühəndislik nailiyyəti hesab olunur.

Nasanın açıqlamasında bildirilib:
 
"Kosmik gəmi 25 mart çərşənbə axşamı günü Cons Hopkins Tətbiqi Fizika Laboratoriyasında Missiya İdarəsi ilə əlaqə saxladı. Göndərilən siqnallar zondun yaxşı vəziyyətdə olduğunu və sistemlərinin normal işlədiyini göstərirdi".
 
Parker Günəş Zondunun baş araşdırmaçısı Castin Kasper deyib:
 
"Bir anda yanacağımız tükənəcək və günəşin radiasiya təzyiqinə görə daha orbitimizi saxlaya bilməyəcəyik. Bu zaman zond günəş tərəfindən çəkiləcək və onun arxa səthi saniyələr ərzində yanacaq. Lakin zondun karbon istilik qoruyucusu və bəzi hissələri həddindən artıq istilərə tab gətirə biləcək. Ərimiş kütlə qalacaq və bu kütlə Günəş ətrafında təxminən bir milyard il dövr edəcək".
 
Qeyd edək ki, alimlər Parkerin hara qədər davam edəcəyini yaxından izləyəcəklərini bildiriblər.
 
Oksana

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Fənərbağça"nın müdafiəçisi məşqi yarımçıq tərk etdi - Səbəb
07:39 19.09.2026
"Fənərbağça"nın müdafiəçisi məşqi yarımçıq tərk etdi - Səbəb
Zelenskidən etiraf: "Ukrayna büdcəsində "nəhəng dəlik" var"
05:21 19.09.2026
Zelenskidən etiraf: "Ukrayna büdcəsində "nəhəng dəlik" var"
Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
03:15 19.09.2026
Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
02:37 19.09.2026
Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
Nobel mükafatının məbləği artırıldı
01:29 19.09.2026
Nobel mükafatının məbləği artırıldı
Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video
01:03 19.09.2026
Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
00:42 19.09.2026
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
00:38 19.09.2026
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
00:27 19.09.2026
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
00:21 19.09.2026
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
Bürclər bu günə nə deyir?
00:07 19.09.2026
Bürclər bu günə nə deyir?
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
23:49 18.09.2026
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
23:38 18.09.2026
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Qərarsız olan dörd bürc
23:29 18.09.2026
Qərarsız olan dörd bürc
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
23:12 18.09.2026
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
23:04 18.09.2026
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı