Parlament Prezidentlə xanımına təbrik məktubu ünvanladı

Parlament Prezidentlə xanımına təbrik məktubu ünvanladı
SİYASƏT
14:35 17.03.2026
480
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib.

AZXEBER.COM-un məlumatına görə, Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubunun ünvanlanmasını təklif edib.

Deputatlar sədrin təklifinə dəstəklərini ifadə ediblər.
OXŞAR XƏBƏRLƏR