Parlament seçkiləri ilə bağlı seçicilərin daha geniş məlumat əldə etməsi üçün yeni sayt fəaliyyətə başlayıb.
AZXEBER.COM xəbər verir ki, Milletvekili.az adlı portalda bütün dairələr üzrə namizədliyini irəli sürmüş namizədlərlə bağlı məlumatlar yerləşdirilib. Portalda ən çox bəyənilən namizədlərin adları verilən ballara görə sıra ilə sıralanıb.
Milletvekili.az saytında “Ən çox bəyənilən namizədlər”, “DSK-lara görə namizədlər”, “Əlifba sırasına görə namizədlər”, “Partiya mənsubiyyətinə görə namizədlər” adlı bölmələr də yerləşdirilib ki, bu da istifadəçilərin daha rahat məlumat əldə etməsi üçün nəzərdə tutulub.
Portalda namizədlərnən yanaşı seçici siyahısını da əldə etmək mümkündür.