Milli Məclisdə 2014-cü ilin büdcə zərfinə daxil olan sənədlərin müzakirəsi başa çatıb.
AZXEBER.COM xəbər verir ki, parlamentin birinci vitse spikeriZiyafət Əsgərovbildirib ki, təxminən bir həftədən sonra büdcə zərfi ilə bağlı maliyyə naziri Samir Şərifovun büdcə zərfinin yekunları ilə bağlı münasibəti olacaq və bundan sonra büdcə zərfinə daxil olan sənədlər səsverməyə çıxatılaraq qəbul ediləcək.Qeyd edək ki, büdcə layihəsinə əsasən 2014-cü ildə dövlət büdcəsinin gəlirləri 18 mlrd. 384 mln. manat, xərcləri isə 20 mlrd. 63 mln. manathəcmində proqnozlaşdırılır.