Parlamentdə büdcə müzakirələri keçirilir

Parlamentdə büdcə müzakirələri keçirilir
Bütün Xəbərlər
14:01 18.11.2014
804
Noyabrın 18-də Milli Məclisdə 2015-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi başlayıb. Üç gün davam edəcək müzakirələrdə “Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında”, “2015-ci il üçün yaşayış minimumu haqqında”, “2015-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Milli Məclisin 2015-ci il üçün xərclər smetası haqqında”, “Hesablama Palatasının 2015-ci il üçün xərclər smetası haqqında” qanun layihələri də müzakirə olunacaq.
AZXEBER.COM  xəbər verir ki, müzakirələrdə baş nazir Artur Rasizadə, nazirlər, komitə sədrləri, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov və digər hökumət rəsmiləri iştirak edir.
İclasda çıxış edən parlament sədri Oqtay Əsədov deyib ki, gələn il neft və qaz hasilatı istisna olmaqla bütün sahələrdə iqtisadi artım gözlənir: “Büdcədə neftin qiyməti stabil olaraq 90 dollar həcmində götürülüb. Bu, iqtisadiyyatımız və maliyyə sektoru üçün səfərbəredici amildir. Dövlət büdcəsi 2015-ci ildə nəzərdə tutulan proqramların icrasına imkan verəcək”.
OXŞAR XƏBƏRLƏR