"Planet Parni iz Baku" KVN teatrı aprel ayında konsert verəcək.
AZXEBER.COM-un məlumatına görə, bir müddətdir ki, Azərbaycan televiziyaları ilə qalmaqal yaşayan aktyorlar konsertlərinə maraqlı ad veriblər."
"TV-lərə giriş qadağandır" adlı konsert aprel ayının 28-29u Heydər Əliyev sarayında baş tutacaq.
İlkin məlumata görə, konsertdə daha çox televiziyalarımızın bugünkü durumu və verilişlər satirik yolla nümayiş olunacaq.
Qeyd edək ki, teatrın aktyorlarına bir müddətdir ki, televiziyalar tərəfindən senzura qoyulub.