Partiya sədri adam güllələməsi ilə bağlı yayılan xəbərlərdən danışdı - AÇIQLAMA

Partiya sədri adam güllələməsi ilə bağlı yayılan xəbərlərdən danışdı -  AÇIQLAMA
Bütün Xəbərlər
13:40 10.04.2013
1124

Bu gün Müasir Müsavat partiyasının sədri Hafiz Haciyev haqqındaqalmaqallı xəbər yayılıb.

Məlumata görə, Hafiz Hacıyev 1992-93-cü illərdə “Azərbalıq” dövlət konserninin sədri vəzifəsində çalışdığı vaxtlarda Balıqçılar qəsəbəsinə gedib və orada balıqçılarla mübahisə yaranıb. H.Hacıyev üstündə gəzdirdiyi silahdan atəş açaraq bir balıqçını qolundan yaralayıb. “Xeberinfo” saytı yazır ki, bundan sonra qəsəbə sakinləri H.Hacıyevi yaxalayıb yaxşıca əzişdiriblər. Hətta onun xəz papağını əlindən alıb uzun müddət qəsəbənin mərkəzində bir dükanın qabağında saxlayıblar.

Sakinlər əlavə ediblər ki, H.Hacıyev qolundan yaralanan şəxsə külli miqdarda pul verərək onu susdurub.

Məsələylə bağlı AZXEBER.COM-a danışan partiya sədri belə bir hadisənin baş vermədiyini və bunun ağ yalan olduğunu söyləyib:

“Bir neçə gün bundan öncə mən həmin saytların birində İsa Qəmbərin növbəti təxribatının üstünü açmışdım. Bundan sonra görünür, bunlar mənim haqqımda başqa bir şey tapa bilməyiblər və belə əsassız informasiyalar yayıblar. Onu da deyim ki, mənim “Azərbalıq” dövlət konserninin sədri vəzifəsində çalışdığım vaxtlarda balıqçıların həyat şəraiti çox yaxşı idi. Bütün o regionda araşdırma aparsanız görərsiniz ki, məni orada hər zaman toy-bayramla qarşılayırdılar. Həmin vaxtlarda Qəmbərov İsanın təyin etdiyi icra başçıları rüşvətlə işləyirdi və onlardan rüşvət almaq istəyirdilər. Mən də onlara deyirdim ki, əgər hansınızsa rüşvət versəniz sizi işdən qovacam. Onlar buna görə bu gün də mənim hörmətimi saxlayırlar. Qətiyyən elə bir hadisə olmayıb”.

Hafiz Hacıyev belə informasiyaların yayımlanmasını ona qarşı yönələn növbəti təxribat kimi qiymətləndirib:

Bu birbaşa seçkiqabağı təxribatdır. Əgər elə bir hadisə olsaydı, o dövrdə baş nazir olan Pənohov Hüseyn və hakimiyyətdə olan Kərimov Əli niyə bir tədbir görmürdü? Niyə cinayət işi açmırdılar? Belə ağ yalanlar seçkiqabağı hələ çox olacaq. Ona görə mən heçnədən narahat deyiləm.

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
02:40 15.08.2025
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
02:01 15.08.2025
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
01:31 15.08.2025
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
01:03 15.08.2025
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
00:58 15.08.2025
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
00:49 15.08.2025
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
00:46 15.08.2025
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
00:29 15.08.2025
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
00:26 15.08.2025
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
00:22 15.08.2025
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
00:15 15.08.2025
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
00:07 15.08.2025
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
00:03 15.08.2025
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
23:54 14.08.2025
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
Suriyada başlayan yanğın Türkiyə ərazisinə keçib
23:42 14.08.2025
Suriyada başlayan yanğın Türkiyə ərazisinə keçib
"Fənərbaxça" Aktürkoğlunun transferindən imtina etdi
23:37 14.08.2025
"Fənərbaxça" Aktürkoğlunun transferindən imtina etdi