Partiya sədri: 'Azərbaycanda Üzeyirin fanatları Əli Kərimlini sevənlərdən daha çoxdur'

Partiya sədri:
Bütün Xəbərlər
22:55 15.05.2012
2288
AZXEBER.COM Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevin müsahibəsini təqdim edir ...- Elşən müəllim, ilk sualım gündəmin əsas mövzusu olan “Eurovision”la bağlıdır. Dünyaca məhşur olan və ölkəmiz adına bir çox mənalarda önəm kəsb edən bu yarışmadan gözləntiləriniz nədir?  - Düzgün vurğuladınız ki: ”Bir çox mənalarda...” Elə məsələyə sadəcə bu kontekstdən yanaşmaq kifayətdir ki, ölkənin çiynində qərarlaşan böyük bir məsuliyyət yükünü fərq etmiş olasan. Baxmayaraq ki, səbəblər də, məramlar da, insanların və bəzi məlum qüvvələrin bu möhtəşəm musiqi aksiyasından umacaqları da, gözləntiləri də fərqlidir. Amma olsun. Bura Azərbaycandır. Onsuzda yaşadığımız sürəcə və davamlı olaraq hər zaman ölkənin uğurlarının qarşısında böyük sipərlər gördük, üzərimizdə dərin qıcıqlar müşahidə etdik. Bu gün Azərbaycana yönəlik bəzi təzyiqlər, iftiralar, məqsədli bəyənatlar da həmin estafetin davamıdır, öncədən planlanmış bir qoludur. Hər nə qədər bu prosesləri diqqətdən kənar tutub, öz işimizlə məşğul olsaq da bu belədir. O ki qala proqnozlarıma... Məncə, belə bir proqnoza ehtiyac yoxdur. Sadəcə bir neçə gün səbr etmək yetərlidir ki, “Eurovision”la bağlı fərqli insanların ürəyindəki fərqli niyyətlərin, arzuların bu və ya digər şəkildə gerçəkləşib-gerçəkləşməməsinin şahidi olaq. Nəticə özü hər şeyi deyəcək.- Niyə sualı tərs tərəfə yozdunuz ki? -Yozmayıb neyləyim bəs? Bizim sənətimiz siyasətdir, amma təsəvvür edin son 1 ayda bütün işimizi-gücümüzü atıb ”Eurovisiona dəstək” tədbirləri keçirməklə məşğuluq. Normaldırmı bu? O zaman siz söyləyin mənə, dünyanın hansı yerində belə bir president, analoq var? Hansı məkanda bir ölkə, bir xalq öz qələbəsini öz içində olan fürsətçilərdən müdafiə edir, öz qələbə haqqını özününkülərdən qoruyur? Varmı belə bir şey?! Bu axı dediyim kimi, Azərbaycanın haqqıdır. Qələbə haqqı! Bu bir estafetdır. Qalib ölkələrin illər uzunu əvəzlənən, dəyişən estafeti! O gün “Azadlıq” yazır ki, filan amerikalı “Eurovision”u baykot etdi. Ay balam, nə amerikalı? Bu yarışmada amerikalımı var? Nə danışır bunlar? Ayrıca, “Eurovision” beynəlxalq təşkilat, konvensiya filan deyil ki, biz ora qoşularkən öhdəlik götürmüş olaq. Bu Avropa yayım birliyinin düzənlədiyi və adından da göründüyü kimi sadəcə avropa ailəsinin qatıldığı musiqi yarışmasıdır. Amma həmin yarışmanı öz kontekstindən çıxarıb, əllərində girov edib, şantajla məşğul olan qüvvələrın çevrəsi görün nə qədər böyüyüb. Daxildəki məlum siyasi təbəqə bir tərəfdən, beynəlxalq ünsürlər digər tərəfdən. Nədir bunların Azərbaycanla alıb-verə bilmədikləri? Bizim belə bir məqamda bir insan, bir azərbaycanlı olaraq daşımalı olduğumuz missiya bu deyil axı. Madam ki, avropadan danışırlar, o zaman baxsınlar Türkiyə təcrübəsinə, qonşu dövlətlərdə qərarlaşan siyasi qüvvələrin milli məsələlərdə ortaya qoyduğu həmrəylik nümunələrinə. Görsünlər siyasi əxlaq nə cür olur, hansı şəkildə sərgilənir. Belə olmaz axı... Bu gün şəhər dolu əcnəbidir. Və yaxın müddətdə hər birimizin qarşısına həmin əcnəbilərdən bir neçəsi mütləq çıxacaq. İnanın ki, onlara Bakı meriyasının qarşısındakı şou deyil, sadəcə baxmağa gəldikləri ”Eurovision” şousu maraqlıdır. Onlar dincəlməyə, sevinməyə, istirahətə gəliblər. Bizi tanımağa gəliblər. Kiminsə kimlərləsə ədavətini seyr etməyə deyil! Elə məsələyə məhz bu nöqteyi nəzərdən yanaşıb, eyni zamanda fürsətdən istifadə edib sizin portal vasitəsilə də bütün siyasi qüvvələrə, Azərbaycan xalqının bütün kəsimlərinə müraciət edirəm: Lütfən, belə bir həssas məqamda diqqətli olaq. Ölkənin maraqlarını şəxsi intriqalara, hikkələrə qurban verməyək. Məmləkətimizə tam başqa bir məramla təşrif buyuran insanları təbəssümlə, qonaqpərvərliklə qarşılayacağımıza, səs-küyümüzə qonaq etməyək. Bir anlıq siyasi kimliyimizi kənara qoyub, milli kimliyimizdən çıxış edək. Bu bizim borcumuzdur. İnanın ki, ən azından insanlıq borcumuzdur. - Amma beynəlxalq təşkilatlar da, siyasi müxalifət də tələblərini aydın bir şəkildə irəli sürüblər: Vicdan məhbusları azad olunsun və sərbəst toplaşmaq, mitinqlər keçirmək üçün geniş imkanlar yaradılsın - İmitasiyadır. Başqa adı yox bunun. Və inandırım sizi, hakimiyyət, hətta tələb olunan yeri belə müxalifətə güzəştə getsəydi yenə də imtina edib ardınca ya “Azadlıq”meydanını istəyəcəkdilər, ya da qəzetlərinin növbəti manşetinə yekə hərflərlə yazacaqdılar ki, iqtidar bizdən qorxdu. Çünki məqsəd, məram bəllidir. Amma digər tərəfdən, dırnaqarası da olsa sağ olsunlar ki, bu məramı gün keçdikcə açıq bir şəkildə etiraf edirlər. Hətta aralarındakı bəzi şəxslər gey-paradın keçirilməsi ilə bağlı hakimiyyətə irad bildirmək cəsarətini nümayiş etdirməkdən belə çəkinmirlər. Nə deyim, əhsən! Demək ki, dəyişən bir şey yox. Hər kəs öz xislətinə sadiq durumda.- Vicdan məhbusları ilə bağı fikir bildirmədiniz, amma... - Həbsdə olan biriləri haqqında söz demək ənənəm yoxdur. Hər zaman da söyləmişəm ki, hətta ən qatı düşmənimə belə, həbsxana həyatı arzulamıram. Amma həmin insanlarla bağlı digər anlamda və sözün həqiqi mənasında cavabını çox böyük məmnuniyyətlə almaq istədiyim suallar da var ki, beynimdə hər zaman dolaşıb. Məsələn mənə maraqlıdır, Arif Hacılı görəsən İsa Qəmbərin son müsahibələrini oxuyurmu? Qurultay, başqanlıq məsələsini necə ustalıqla fırlatdığını görürmü? Partiyadakı hər kəsin, ilk öncə də elə Arif Hacılının öz haqqını yediyini dərk edirmi? Və ya fanatcasına ortalığa atılıb, qanunları pozub, cəza çəkməyə məhkum edilən AXCP fəalları barı “içəri” düşəndən sonra çöldəki reallıqların fərqinə vara bilirlərmi? Onlar eşitdimi ki, ömrünün 6 il 7 ayını yalnış liderin verdiyi yalnış məsləhətlər ucbatından həbsxanalarda keçirən Ruslan Bəşirlinin toyuna Əli Kərimli gəlmədi? Nə var-nə var adam son anda əfv müraciəti edibmiş! Görk deyilmi bu? Kim bundan sonra beləsinin yanında olar? Nə deyib olar? Hansı həvəslə olar? Mən iddia etmirəm ki, hər kəs bizim kimi düşünmək və ya bu iqtidarı müdafiə etmək məcburiyyətindədir. Amma bir halda ki siyasətdəsən, o zaman illərini, zəhmətini hədər etdiyin insanın və ya insanların kimliyi barədə mütləq düşünəcəksən! Bunu düşünə bilmədinsə meydandakı rolun kamikadzelikdən o yana keçməyəcək. Bu aksiomadır. Siyasətin oyun qaydalarıdır. - Qarşı tərəfsə sizdən fərqli olaraq nikbindir və növbəti seçkilərin Azərbaycanın mövcud iqtidarı üçün son seçkilər olacağını tam əminliklə söyləyirlər. - Allah canlarını sağ eləsin. Bacardıqları qədər nikbin olsunlar. Bundan belə hələ 100 il də onları həmin nikbinlikləri, əminlikləri ilə baş-başa buraxmağa hazırıq. Arada Ştrasseri-filanı da özlərinə qoşsunlar, nikbinlikləri birə-min artsın. Yuxudan, nağıllar aləmindən ayılmaq barədə heç düşünməsinlər. Camaatı cavan yaşında siyasətə müxalifətçi kimi gətirib elə müxalifətdəcə pensiya yaşına çatdırsınlar. Bunun özü məgər az işdir ki? O ki qala son seçki məsələsinə...Yalnış demirlər, əksinə tamamilə düz buyururlar ki, 2013 seçkiləri bizim ənənəvi- radikal müxalifətlə keçirəcəyimiz ən son seçkimiz olacaq. Bununla da onlar siyasi tarixdən birdəfəlik silinəcəklər. Meydana yeni qüvvələr gələcək. Çünki burdan o tərəfəsinə yer yoxdur. Artıq bunların uğursuzluğundan bir tək özləri deyil, elə biz özümüz də bezdik. Bir siyasətçi 20 il müxalifətdə qalmaz. Qalsa da ona siyasətçi deyilməz. Və ya təsəvvür edin, bu gün bayağı mahnılar oxuyan 20 yaşlı Üzeyir ətrafına 20 min tamaşaçı toplaya bildiyi halda, 20 ildir özündən deyən Əli Kərimlinin mitinqinə 2 mindən çox adam gəlmir. Yəni dediyim odur ki, Prezidentlik iddiasında olan adamın bir cavan müğənni qədər elektoratı, tərəfdaşı, fanatı yoxdur. Onun qədər ictimai rəyə təsir edə bilmir. Demək ki, getmək zamanıdır. Həm də üzü sulu-sulu getmək zamanıdır. Müxalifətin yeni nəfəsə, bizimsə illərdir naşı rəqiblər ucbatından siyasi meydanda itirdiyimiz adrenalinə ehtiyacımız var. Güclənsinlər, gəlsinlər vuruşaq. - Amma etiraf edin ki, elə sizin təmsil olunduğunuz iqtidarın özünün də ”yeni nəfəs” problemi var. İllərdir dəyişməyən məmurlar, vəzifəlilər... - Mən fərqli düşünürəm.- O zaman bu fərqliliyi əsaslandırın -Azərbaycanın mövcud iqtidarı oturuşmuş, monolit, ən əsası da son 20 ilin bütün seçkilərində böyük səs üstünlüyü ilə qalib gələn peşəkar komandanı öz ətrafında birləşdirir. Və, o komandanın heyətində yeni simalar, nəfəslər də yetərincədir. Sədəcə məmur elitasında qərarlaşan, idarəçilikdə çalışan bəzi gənclərin, yeni simaların biz siyasətçilər kimi diqqət mərkəzində olmaq, tanınmaq, görünmək imkanları yoxdur. Hərə öz işi ilə məşğuldur. - Sualdan yayındınız. Mən əsas heyətdən danışırdım.
OXŞAR XƏBƏRLƏR