Partiya sədri əsəbiləşdi: 'Cenifer Lopez, Rihannaya xərclənən milyonlarla vəsait havaya sovrulmuş pullardır'

Partiya sədri əsəbiləşdi:
Bütün Xəbərlər
15:14 08.10.2012
1554

TAHİR ABASLI: "Azərbaycanı əyləncə mərkəzi kimi tanıtmağa çalışırlar"

"Cenifer Lopez, Rihannaya xərclənən milyonlarla vəsait havaya sovrulmuş pullardır. Bu pullar hesabına bir neçə fundamental problemlərini həll etmək olardı". Bu fikri AİDP sədri Tahir Abbaslı AZXEBER.COM-a açıqlamasında deyib.

O bildirib ki, bu müğənnilərin burada konsert verməsinin Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur: "Hesab edirəm ki, bu, Azərbaycanı tam əyləncə məkanına çevirmək istəyən daxili və xarici qüvvələrin planıdır. Onlar neçə illərdir bu planı həyata keçirirlər. Bu plana əsəasən Azərbaycan adı gələndə dünyada əyləncə mərkəzi kimi tanınmalıdır. Təəssüf ki, buna nail olurlar. Digər tərəfdən də paralel olaraq Azərbaycanda təhsilin səviyyəsini öldürürlər".

AİDP sədri deyib ki, belə olan halda cəmiyyətdə müqavimət də zəifləyir: "Bu mənada Azərbaycanda "bir millətin ayağa durmasını istəmirsənsə, əyləncəni bol elə" prinsipi tətbiq olunur".

T.Abbaslı ziyalıların və siyasətçilərin da bu tipli məsələlərdə susqunluq nümayiş etdirməsindən narahatdır: "Məncə bu tipli problemləri ictimai-siyasi problemlərdən ayırmaq olmaz. Bu həmin prosesin tərkib hissəsidir və cəmiyyətin aktivliyini korşaltmaq məqsədi daşıyır. Bu isə sonda siyasi proseslərdə özünü göstərir, yəni cəmiyyət konsertə getdiyi kimi, seçkiyə getmir".

OXŞAR XƏBƏRLƏR