Partiya sədri: 'İsa Qəmbər-Əli Kərimli siyasəti artıq özünü doğrultmur'

Partiya sədri:
SİYASƏT
01:15 10.05.2013
2317
Tahir Abbaslı: “İsa Qəmbər-Əli Kərimli siyasəti artıq özünü doğrultmur”Son günlərdə ölkədə və bölgədə baş vermiş siyasi proseslərlə bağlı suallarımızı Azərbaycan İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı cavablandırır.-Qarşıdan gələn prezident seçkilərində başçılıq etdiyiniz partiya hansı taktikaya üstünlük verəcək?-Bismiləhirrahmənirrahim.Biz artıq səkkiz aydan çoxdur ki, demokratik qüvvələrin Məşvərət Məclisinin üzvüyük və vahid namizəd məsələsində on iki partiya ilə birlikdə eyni strateji xətti aparırıq. Hələ ki öz namizədimiz yoxdur. Bizə elə gəlir ki, ölkənin bu ictimai-siyasi vəziyyətində siyasi müxalifət düşərgəsində situasiya dəyişilməlidir. Yəni İsa Qəmbər-Əli Kərimli siyasəti artıq özünü doğrultmur. “Artıq” deyəndə, yəni bu iyirmi il ərzində yürüdülən yanlış siyasətin tərəfdarı deyilik. Belə ki cəmiyyəti bu seçkilərdə aktivləşdirmək və öz müqəddəratını həll etməsi üçün qərarlar qəbul etdirmək lazımdır. Cəmiyyətin özü bu siyasi proseslərdə yüklənməli və vəzifə borcunu yerinə yetirməlidir. Çünki bunu dünyada gedən siyasi proseslər diqtə edir. Fikrimizcə, hər bir fərdin və cəmiyyətin həyatını dəyişdirə bilmədilər. Bu baxımdan müxalifət düşərgəsində qərəzli siyasət yürüdülməməli və prezident seçkilərində elə bir vahid namizəd seçilməlidir ki, o, iqtidar-müxalifət düşərgəsinə düşmənçilik deyil, öz siyasəti ilə hər iki tərəfə qayğı nümayiş etdirməlidir. Çünki güc, qüdrət bəzən məsələləri həll etmir. Gələcəyi düşünmək üçün ciddi təfəkkür lazımdır. Biz molla təfəkkürlü təşkilat deyilik. İslam Demokrat Partiyası Azərbaycan qanunvericiliyinə, dövlətçiliyinə hörmətlə yanaşan partiyadır. Bizim siyasi fəaliyyətimizdə dövlətçilik əleyhinə heç nə ola bilməz.Digər siyasi güclərə gəlincə, İctimai Palata cəmiyyətdə inam qazana bilmir. Çünki digər qüvvələrin, onların fikirlərini nəzərə almaq istəmir. Bu mənada İP formatındakı fəallaşma effekt vermir. Rəsul Quliyevin fəallaşması, bəzi açıqlamalar verməsi də effektli görünmür. Çünki bu fəallaşma da əlahiddə xarakter daşıyır. Cəmiyyətin deyil, bir qrupun marağına xidmət edir. Müxalifət daxilində baş verən fəallaşma daha çox parçalanmaya xidmət edir. Əvvəlki seçkilərdə olduğu kimi bu dəfə də mübarizə kapital üzərində qurulacaq. Fikirlərə, ideyalara yenə yer yoxdur. Hesab edirəm ki, kapitalın əsas, birinci dərəcəli rol oynadığı mübarizəyə cəmiyyəti qoşmaq mümkün deyil.Müxalifət cəmiyyətin inamını qazana bilmədiyi kimi milli burjaziyanın da fikirlərində yəqinlik yarada bilməyib. Yəni yerli varlılar da müxalifət hakimiyyətə gələrsə, nə baş verəcəyini dəqiq bilmədiyindən bu düşərgəyə maliyyə dəstəyi göstərməkdən imtina edib. Hazırda hakimiyyətə olanı qorumağa daha çox üstünlük verir.-Cəmiyyətdəki siyasi qüvvələrin bir-birinə qarşı nifrət aşılaması İslam əxlaqı baxımından nə dərəcədə məqbuldur?-Son onilliklər ərzində ölkədə baş vermiş prosesləri xatırlayanda görürük ki, qəbul edilən qərarlar, atılan addımlar güzəşt və bağışlama ruhunda olmayıb, İslam əxlaqından bəhrələnmə olmayıb. Siyasilər bu əxlaqı yad bir düşüncə tərzi kimi qəbul ediblər. Yəni siyasilərin təkcə siyasətlə məşğul olması onları cəmiyyətdən ayırıb və onlar bu illəri itiriblər. Bu illərdə, heç olmasa, cəmiyyətin yükünü götürüb gələcək mənzilə aparmaq, onların dərd-sərinə qalmaq fərdlərin gücündə deyil. Bəzən görürsən ki, bu insanlar çoxluq təşkil edəndə özlərini qüdrət sahibi hesab edirlər. Amma bu baxımdan onların ciddi problemləri var. Bunu tarix də, İslam da xəbərdar edibdir. Lakin bizim siyasilər bu ibrətləri nəzərə almırlar. Ona görə də insanlar siyasi fəaliyyətlərində, hətta fərdi həyatlarında da ədalətli ola bilmirlər. Ədalət olmayanda da dediyiniz nifrət yarana bilir. Çünki insan istədiyi proqramı həyata keçirdəndə ədalətli olmalıdır. Bunu isə biz hələ ki görməmişik. Yəni nifrətin aradan qaldırılması üçün insanın özü konkret nümunə olmalıdır. Nümunələri isə bizə tarix və dinimiz öyrədib.-Türkiyədə iqtidarda olanların islamçılığı ilə İrandakıların islamçılığı arasında hansı fərqlər müşahidə olunur?-Əvvəla, biz gərək situasiyanı dəyərləndirək. Türkiyədə hazırda hakimiyyətdə olanların baxışları hansı reallığa söykənir və İrandakılar nələrə iddialıdırlar? Əvvəlcə bunları araşdırmalıyıq. Proseslərin analizi bunu göstərir ki, indiki müsəlman ölkələri özbaşına deyil və kənar basqılardan, fikirlərdən qaça bilmədilər. Bununla belə, onlar öz missiyalarını çətinliklə olsa da, həyata keçirdirlər. Hazırda bir neçə ölkə var ki, bütünlükdə türk dünyası ilə əlaqələrin gərginləşməsində maraqlıdır. Bu sırada ilk yerlərdə duran dövlətlər İranla Ermənistandır. Bu dövlətlər bir-birlərinə xüsusi qayğı göstərir. Ermənistanı Azərbaycanla Türkiyəyə qarşı bir silah kimi yaradıblar və bundan məharətlə istifadə edirlər.İndiki İranda olan dini hakimiyyəti biz ideal islam quruluşu kimi qəbul etmək fikrindən çox uzağıq. Onlar dünyadakı müsəlmanlar arasında yaranmış ziddiyyətləri aradan qaldırmaqda maraqlı olmadılar. Hətta bir sıra müsəlman dövlətlərinə qarşı qərəzli siyasət yürütməyə başladılar.İranda gerçəkləşdirilən islamçılığın təməlində bütövlükdə millətçilik durur və əsil İslam dinini əks etdirmir. İslamın İran modelində daha çox insanların dinlə yüklənməsi ilə onların köləyə çevrilməsi marağı durur. İranda daha çox cəhd edilir ki, insanlar öz haqlarını tələb edə bilməsinlər. İran həm də Güney və Quzey Azərbaycan məsələsində də ciddi problemlər yaratmağa cəhd göstərir.Amma Türkiyə modelində müasirlik çox güclüdür. Mən hətta Türkiyə modelini oğurluq hesab edirəm. Onlar Azərbaycanın milli ideologiyasını özəlləşdiriblər. Çünki bizim milli ideologiyamız çox dəyərlidir. Bunları deyərkən ötən əsrin əvvəlində irəli sürülmüş “Türkçülük, İslamçılıq və müasirlik” şüarını nəzərdə tuturam. Bu üç həqiqətin bir yerdə olması türklərə Avropanın çənəsinin altında, kifayət qədər problemləri olduğu bir dövrdə sərbəst və müstəqil siyasət yürüdə bilirlər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Naftalanda Ulu Öndərin 102 illiyi münasibətilə tədbir keçirilib
11:44 10.05.2025
Naftalanda Ulu Öndərin 102 illiyi münasibətilə tədbir keçirilib
Bank of Baku-da “Sahibkar həftəsi” keçirilir
11:33 10.05.2025
Bank of Baku-da “Sahibkar həftəsi” keçirilir
"Azərbaycan-Vyetnam əlaqələri yeni deyil"
11:14 10.05.2025
"Azərbaycan-Vyetnam əlaqələri yeni deyil"
Ceyhun Mirzəyevin qızının SON HALI
11:09 10.05.2025
Ceyhun Mirzəyevin qızının SON HALI
Prezident Ağdamın Kəngərli kəndinə köçən sakinlərə evlərinin açarlarını təqdim etdi
11:00 10.05.2025
Prezident Ağdamın Kəngərli kəndinə köçən sakinlərə evlərinin açarlarını təqdim etdi
Bu il ərzində 500-dən artıq hərbçi dövlət hesabına mənzillərlə təmin edilib
10:46 10.05.2025
Bu il ərzində 500-dən artıq hərbçi dövlət hesabına mənzillərlə təmin edilib
Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirildi
10:31 10.05.2025
Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirildi
Ağdaşda bir nəfər kanalda batıb
10:16 10.05.2025
Ağdaşda bir nəfər kanalda batıb
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak etdi
10:06 10.05.2025
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak etdi
Pakistan Silahlı Qüvvələri Hindistan aerodromunun məhv edildiyini açıqladı
10:04 10.05.2025
Pakistan Silahlı Qüvvələri Hindistan aerodromunun məhv edildiyini açıqladı
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanı ziyarət ediblər
10:03 10.05.2025
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanı ziyarət ediblər
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib
10:00 10.05.2025
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib
Hakan Fidan: Yaxın Şərqdə müharibə genişlənə bilər
01:47 10.05.2025
Hakan Fidan: Yaxın Şərqdə müharibə genişlənə bilər
İlham Əliyev Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar paylaşım edib
00:12 10.05.2025
İlham Əliyev Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar paylaşım edib
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
00:10 10.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
ABŞ Rusiya və Ukraynanın 30 günlük atəşkəsə razılaşacağına ümid edir
23:59 09.05.2025
ABŞ Rusiya və Ukraynanın 30 günlük atəşkəsə razılaşacağına ümid edir