Partiya sədri müxalifət və iqtidar gənclərini topa tutdu – EKSKLÜZİV AÇIQLAMA

Partiya sədri müxalifət və iqtidar gənclərini topa tutdu – EKSKLÜZİV AÇIQLAMA
Bütün Xəbərlər
19:44 02.12.2012
1840

Elşən Musayev: “Əli Kərimlinin bir tək gənclərini deyil, onun özünü susdurmağa hazıram”

AXCP sədri Əli Kərimlinin bu gün gənclərlə keçirdiyi görüşə artıq iqtidar cəbhəsindən ilk reaksiyalar gəlməkdədir. Mözvu ilə bağlı AZXEBER.COM-a eksklüziv açıqlama verən Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevin fikirləri hər zamankı kimi yenə də sərt oldu:

“Tədbirin gedişatını bunların elə öz mətbu orqanından izlədim. Adətlərinə uyğun olaraq 200-300 nəfərlik sayı yenə şişirdib 1000 ediblər. Amma olsun. Və ya düşünək ki, o toplantıya qatılan insan sayı lap 1000 nəfər olub. Nə fayda? Dəyişən bir şey varmı?-Yox, məncə. Çünki, davamlı olaraq eyni mövzular, eyni müzakirələr, eyni şablon çıxışlar, eyni nağıllar bəzəyir həmin toplantıları. Neçə deyərlər, “çevir tatı-vur tatı”.

Ayrıca, yalnız siyasiləşmiş və partiya mənsubiyyətli təbəqənin bulunduğu kütlə kəmiyyət etibarilə siyasətdə önəmli faktor kimi çıxış edə bilməz. Siyasi gücün, siyasi fəaliyyətin, siyasi komandanın uğuru dar iclas salonlarında deyil, seçki kompaniyalarında bəlli olur, xalqın iradəsi ilə təşəkkül tapir və ən nəhayət həmin seçkinin nəticələri ilə özünü ehtiva etmiş olur.

Gözləsinlər. 2013-Prezident seçkilərinə çox az müddət qalıb. Məharətlərini onda göstərərlər. Həm də unutmasınlar ki, mövcud iqtidarın düşərgəsindəki gənclər bir tək ortada yeyib qıraqda gəzənlərdən, “qrant manyaklarından”, onun-bunun hesabına ortaya çıxıb “adam”olanlarldan ibarət deyil. Onların arasında ən kəskin, ən gərgin, ən ktitik siyasi döyüşləri gözə alanlar, bir tək, Əli Kərimlinin gənclərini deyil, onun elə özünü istənilən meydanda susdurmağa hazır olanlar da var.

Qoy bu gün əsl danışmalı, mövqe bildirməli, iqtidarı müdafiə etməli olan gənclər ağızlarına su alıb otursunlar. Elə müxalifət gəncləri-fason mənasız tədbirlər keçiirsinlər, komputer-filan paylasınlar, siyasətə dəxli olmayan trenninqlər, şoular düzənləsinlər.

Gerçək İlham Əliyevçilərsə bunu etməyəcək. Onlar hər zamankı kimi mübarizənin tən ortasında qərarlaşııb, açıq döyüşə hazır olacaqlar. Rəqib hər kim olursa olsun, fərq etməz.

Bu günki tədbirdə Əli Kərimlinin nağıllarını dinləyənlər isə buyursunlar meydana, TV-lərə, debatlara, canlı müzakirələrə. Şəxsən öz adımdan deyirəm ki, könülləri istəyən yerdə, formatda onların cavabını verməyə hazıram.

OXŞAR XƏBƏRLƏR