003-cü il ildə keçirilən prezident seçkilərində Vəhdət Partiyasının sədri Tahir Kərimli ölkənin aparıcı müxalifət partiyaları ilə birgə fəaliyyət göstərirdi. Lakin seçkilərdən sonra Tahir bəy öz mövqeyini dəyişərək hazırkı ölkə başçısı İlham Əliyevin siyasi kursunu dəstəklədi.
Bəs 2013-cü ildə keçiriləcək prezident seçkilərində Tahir Kərimli hansı cəbhədə olacaq? Bununla bağlı FaktXeber.com-a açıqlama verən VP sədri bildirdi ki, sədri olduğu partiyanın baş məclisinin qərarı ilə hazırkı ölkə başçısı İlham Əliyevin siyasi kursunu dəstəkləyirlər: “Bu qərar birmənalı şəkildə prezident İlham Əliyevin müdafiəsi ilə bağlıdır. Prezident İlham Əliyev yenə də öz namizədliyini irəli sürəcəksə Vəhdət Partiyası öz qərarına uyğun olaraq onu müdafiə edəcək. Başqa bir qərar verərsə hörmətlə qarşılayacağıq. Güman edirəm ki, hazırda situasiya belə davam edərsə partiyanın qərarı öz qüvvəsində qalacaq.”